Oturaq işlə məşğul olanlar çiyin ağrılarına xüsusi diqqət etməlidirlər. Yanlış duruşlar bir müddətdən sonra çiyin yırtığına səbəb ola bilər.
İmmunitet.az məlumat verir ki, bu barədə türkiyəli mütəxəssis Arel Gereli bildirib. Onun sözlərinə görə, bir çox insanın əziyyət çəkdiyi problemdir. Hər 4 işləyəndən birində bu hal müşahidə edilir. Belə çiyin ağrıları günlük yaşantıya mənfi təsir göstərərək çətinləşdirir.
Acıbadəm xəstəxanasının travmotoloqu Arel Gereli qeyd edib ki, bu xəstəliyə əvvəllər 50 yaşdan sonra rastlanılırdısa, hazırda 30-40 yaşlı insanlarda da əzələ, çiyin yırtığı müşahidə edilir. Həkim, çox diqqət edilməyən, amma vacib olan ağrılar barədə vacib açıqlama verib:
"Xüsusilə uzunmüddət masa arxasında çalışanlar və ya kompüter qarşısında zaman keçirənlər daha çox çiyin, boyun ağrılarından əziyyət çəkirlər. Bu şikayətlərin başlanğıcında duruş pozğunluğu gəlir.
Belələrində sinir sıxışması da müşahidə edilə bilər. Belə vəziyyətlərdə qol irəliyə doğru uzadılır, bu da bel sümüyünün önə daha çox çıxması ilə baş verir. Mövcud vəziyyətdə bəzi əzələlər çox, bəziləri isə daha az çalışır. Nəticədə isə tənzimləmə sistemi pozularaq ağrılar baş qaldırır".
Mütəxəssis diqqət edilməyən belə ağrıların xroniki hal ala biləcəyini və yırtığa çevrilə biləcəyini vurğulayıb.
"Xüsusilə duruş formasına diqqət edilməlidir. Dik durmalı, bel əyilməməlidir. Günlük stresli iş zamanı buna təəssüf ki diqqət edilmir. Bu səbəbdən də çiyin ağrıları artmağa davam edir",-deyə Gereli söyləyib.
Əgər keçməyən ağrılar varsa mütləq həkim müayinəsi edilməlidir. Bu sinirlə və ya yırtıqla əlaqəli ola bilər. Bu zaman gərəkli müalicələr başlanılır.
Gereli, belə halların baş verməməsi üçün əyilməyin əvəzinə dik durmağı, çiyinləri isə geridə tutmağın vacib olduğunu bildirib:
"Xüsusilə gecə ağrılar davam edirsə bu təhlükəli ola bilər. Bu zaman mütləq çiyinə ağrlıq edən duruşdan qaçınılmalıdır".
Milli.Az
Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Kimlərdə çiyin yırtığı ola bilər?
16 Sentyabr 2021 22:15
0 Şərh
Baxış: 992
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qonşu ölkədə güclü zəlzələ oldu
-
Ağ paltarların rəngini bərpa edən yuma üsulu: Yuyucu toza ehtiyac yoxdur
-
“Dedilər ki, aparatı söndürək, daha yaşamır“
-
Bulğur plovuna hansı ədviyyat yaraşır?
-
“Dedim ki, mikrofon işləmir, zaldan alqışlar gəldi"
-
Çox yeyənlər niyə gec doyur? - Səbəb açıqlandı
-
Azərbaycanlı müğənni Dubaydakı biznesindən DANIŞDI
-
Bu tarixdə doğulanların xüsusi mistik gücləri olur
-
Orqanlara bənzəyən qidalar
-
Yatmazdan əvvəl bu çayı için - möcüzəvi FAYDALARI
-
Romanov ailəsinin FACİƏSİ: Çar II Nikolayın qızları niyə ərə getməyib? – FOTO
-
"Mənim mahnılarımdan kabab iyi gəlir"
-
Dəri təmizliyində ən çox edilən səhvlər
-
Əlikramın evində toy olacaq
-
Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək - VİDEO
-
Zeynəb Xanlarovanın yeni FOTOsunu paylaşdı
-
6 ayda pəhrizsiz 27 kilo arıqladı - Sirrini açıqladı: “Yeməkdən sonra…”
-
Kimyəvi zəhər yükü ən yüksək olan meyvə və tərəvəzlər açıqlandı
-
"Hava soyuqdur, üşüyürəm, çöldə yaşamaq çətindir" - VİDEO
-
Binəqədidə kafedəki partlayışın şahidi: "İşçilərdən biri yanırdı, mən söndürdüm"
-
Günün qoroskopu: Maliyyə məsələlərində tələskənlik etmə
-
Bakı metrosunda tüstülənmə - Sərnişinlər düşürüldü
-
Niyə hamı kökəlir? - AÇIQLAMA
-
Sırski: Ukrayna üçün ərazidən imtina etməyəcəyik





