Maraqlı

Bill Qeyts dünyanın ən böyük hotellərindən birini aldı

10 Sentyabr 2021 10:20
0 Şərh     Baxış: 1 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment" investisiya şirkəti Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülazizin "Four Seasons" hotelinin səhmlərinin yarısını almaq qərarına gəlib.

Hotel rəhbərliyi tərəfindən ictimaiyyətə verilən məlumatda qeyd olunur ki, Bill Qeytsinin şirkəti bu müqavilə üçün 2,21 milyard dollar ödəyib.

Məlumatda həmçinin qeyd olunur ki, Şahzadə Talal bin Abdülazizə məxsus səhmlərinin 23,75 faizini satın alan Bill Qeyts bununla da "Four Seasons" səhmlərinin 71,25 faizinə sahib çıxaraq hotelin əsas səhmdarına çevrilib.

Hazırda Səudiyyə şahzadəsi "Four Seasons"da səhmlərin 23,75-nə, "Four Seasons"un qurucusu İsador Şarp isə 5 faizinə sahibdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.