İnsanın daxilində kin yaradan 6 əsas amil
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əxlaqın rəzil sifətlərindən biri də kindir. Kin qəlbin elə bir halıdır ki, zahirdə düşmənçilik edərək aşkar olar. Kin bəsləyən insanlar həmişə əzabdadırlar. Çünki fikirləri bu mövzu ilə məşğuldur ki, qarşı tərəfdən necə intiqam alsınlar. Lakin qafildirlər ki, başqasına əziyyət vermək istəyən insan əvvəl özünə əziyyət verər. Bu insanların bütün həyatı intiqam almağa sərf olunduğu üçün, qətiyyən kamala çata bilmirlər. Onlar kifayət qədər imana malik deyildirlər.
İnsanda kin yaradan əsas amillər:
1. Qəlbin xəstə olması. Qurani-Kərim buyurur ki, qəlbin xəstə olması - kinin zəminələrindəndir. "Yoxsa qəlblərində xəstəlik (ikiüzlülük və iman zəifliyi xəstəliyi olan) kəslər Allahın onların kin və ədavətlərini heç vaxt üzə çıxarmayacağını (və onların iç üzlərini ifşa etməyəcəyini) zənn edirlər?!". ("Muhəmməd (s)" 29). Bu insanlar adətən imanı zəif olan insanlardırlar. Onların nifaq yaratmağa meylləri vardır.
2. Şeytanın (lən) vəsvəsələri. Şeytan insanın qatı düşməni olaraq, onu daima pisliklərə tərəf çəkər. İman əhli arasında fitnə yaratmaq üçün, onların qəlblərinə kin toxumu səpər.
3. Gözləntinin çox olması. Məsumlar (ə) buyurur ki, həddən artıq gözləntinin olması kinə səbəb olar. Çünki o zaman insan başqasından çox şeyi gözləyər və həmin şəxs gözləntiləri yerinə yetirə bilməzsə, kinə məruz qalar. İmam Əli (ə) buyurur:"Qardaşına olduğu vəziyyətlə səbir et, çoxlu məzəmmət etmə. Çünki bu iş kin gətirər".
4. Fəzilətə malik olmamaq. Bəzən elə olur ki, şəxs başqalarının yanında elə fəzilətdən söhbət açır ki, başqasında həmin fəzilət yoxdur. Bu da səbəb olur ki, onun ürəyində kin meydana gəlsin. Həzrət Əli (ə) buyurur: "Elmi o kəsin yanında bəyan etməkdən çəkin ki, ona meyli yoxdur. Həmçinin keçmiş məqam və şərafətdən o kəsin yanında ki, iftixaredici keçmişi olmaz, danışmaqdan çəkin. Çünki bu məsələ onun sənə kin bəsləməsinə səbəb olar".
5. Söz gəzdirmək və yersiz zarafatlar. Söz gəzdirmək aşkar olarsa və həmin şəxsin qulağına çatarsa, kin və düşmənçiliyin yaranmasına səbəb olar. Əmirəl-möminin (ə) buyurur: "Söz gəzdirməkdən çəkinin ki, kin gətirər".
Başqa hədisdə İmam Əli (ə) buyurur: "Əsassız zarafatlar kinin səbəbləri kimi tanıdılır".
İmam Əli (ə) buyurur: "Zarafatdan çəkinin, çünki yerində kin qoyar. Kiçik məzəmmət hesab olunar".
6. Başqaları ilə mübahisə etmək və xırdaçılıq etmək. Xırdaçılıq etmək və mübahisə etmək dostluğu aradan aparar. İmam Sadiq (ə) buyurur: "Din barəsində davakarlıq etməkdən çəkinin. Çünki ürəyi Alahı yada salmaqdan saxlayar və nifaqı irs qoyar. Kin və düşmənçiliyi dirildər".
Kinin təsirləri.
1. Yaxşılıqları məhv edər. İmam Əli (ə) buyurur: "Kin, yaxşılıqları məhv edər".
2. Fitnə yaradar. İmam Əli (ə) buyurur: "Fitnənin səbəbi - kin bəsləməkdir".
3. Qəm və əzab icad etmək. İmam Əli (ə) buyurur: "Kin bəsləyənin ruhu əzabdadır və qəmi bir neçə bərabərdir".
Quranda kinin müalicəsi.
1. Pisliklərə yaxşılıqlarla cavab verin. "Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur". ("Fussilət" 34).
2. İmanı gücləndirmək. Qurani-Kərimdə iman, ürəklərdən kini aparan amil kimi tanıdılır. İman insanın şəxsiyyətini yenidən qurar və mötədil olmağa istiqamətləndirər. Ruhi xəstəliklərdən amanda saxlayar. "İman gətirib yaxşı işlər görənlər - (və əlbəttə) Biz heç bir kəsin boynuna qüdrətindən artıq vəzifə qoymuruq - Cənnət əhlidirlər ki, orada əbədi qalacaqlar. Biz onların sinələrində olan kin-küdurət və düşmənçiliyin hamısını çəkib çıxararıq". ("Əraf" 42-43).
3. Təqva. Qurani-Kərim buyurur ki, əgər təqvalı olsan, kindən də uzaq olarsan. "Və həqiqətən təqvalılar (o dünyada) bağlarda və bulaqlar(ın başın)da olacaqlar. (Daxil olan zaman onlara) "(Allah və mələklər tərəfindən olan) salamla oraya daxil olun ki, (hər hansı bir zərər-ziyandan, xüsusilə fani olmaqdan və müddətin sona çatmasından) amanda olacaqsınız". Və onların qəlblərində olan kin-küdurəti (batil düşüncələr və xarab xislətləri) elə çıxarıb atdıq ki, taxtlar üzərində qardaşcasına bir-birlərinin qarşısında əyləşərlər". ("Hicr" 45-47).
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
"Beşiktaş"da ciddi itki
-
KamAZ sürücülərindən ibarət toy karvanı diqqət çəkdi - (Video)
-
"Arda Güler yeni Messidir, bütün planet görür" - (Video)
-
Meyxanaçılar arasında dava: Balaəli meyxanaçıya butulka atdı - (Video)
XƏBƏR LENTİ
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qafqaz Albaniyasının xristian irsinin izləri Qarabağda və Azərbaycanın digər bölgələrində görünür - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Tələbələr üçün gediş haqqı daha ucuz olacaq
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
Kanada Aİ-yə qoşula bilər?
-
“Neftçi” 1000-ci oyununa çıxacaq
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasına prezident seçilib
-
Bu şəxslərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq





