Maraqlı

Liftdə qalan qadın ölümdən son anda döndü - VİDEO

8 Sentyabr 2021 16:42
0 Şərh     Baxış: 1 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada Krasnoqorsk şəhərinin sakini ölümdən son anda dönüb.

Belə ki, lift qadının  mənzilinin olduğu 31-ci mərtəbədə dayanmayıb və yüksək sürətlə 43-cü mərtəbəyə qalxıb, sonra isə 1,5 metr aşağı düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şok vəziyyətində olan qadın dəqiq nələr olduğunu anlamadığını bildirib. O, liftə girərkən yanıq iyi hiss etdiyini, sonra baş verənlərə görə huşunu itirdiyini və yerə uzanmış halda oyandığını deyib.

Qadın xəstəxanaya yerləşdirilib.

Prokurorluq yoxlamalara başlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.