Çaytikanı hündürlüyü 3-4 metrə qədər qalxa bilən kol bitkisinin meyvəsidir. Çaytikanı kolunun hündür olması bəzən onu kənardan ağaca bənzədir. Çaytikanının kiçik, uzunsov, yaşıl yarpaqları olur. Bu giləmeyvə yazın son ayında çiçəkləyir. Onun kiçik(8-10mm) ölçüdə, sarı-narıncı rəngdə, dairəvi formada giləmeyvələri olur. Çaytikanı giləmeyvələri xirda və sıx-sıx düzüldüyünə görə salxıma bənzəyir. Onun meyvələri turşaşirin dada və xüsusi qoxuya malik olur. Çaytikanının dadı və ətri ananasın dadına və ətrinə bənzəyir.
Çaytikanının faydalı xüsusiyyətləri
Çaytikanı B1, B2, C, E, K, F vitaminləri, flavonoidlər, fol turşusu, karotonoidlər, betain, xolin, kumarin, qlükoza, fruktoza və fosfolipidlərlə zəngindir. Çaytikanı giləmeyvəsinin tərkibində çoxlu orqanik turşular(alma, limon, qəhvə və üzüm), tanin maddələr var. Onun tərkibi makro və mikroelementlərlə(natrium, kalium, maqnium, dəmir, kremin, aliminum, nikel, marqanes, molibden və s.) zəngindir. Çaytikanı kolunun kökündə serotonin vardır ki, bu da mərkəzi sinir sisteminə yaxşı təsir edir, bədxassəli şişlərin əmələ gəlməsinin qarşısını alır. Onun yarpaqlarında askorbin, olean və ursol turşusu var. Çaytikanı qan damarlarının divarını möhkəmləndirir, hüceyrələrdə maddələr mübadiləsini yaxşılaşdırır, antioksidant təsir bağışlayır. O qocalmanın sürətini zəiflədir, ürək-damar xəstəliklərinin əlamətlərini aradan qaldırır, xəstəliklərin sağalmasını sürətləndirir. Çaytikanı şirəsi yaraların sağalmasını sürətləndirir, xroniki xəstəliklərin sağalmasına səbəb olur, avitaminozu aradan qaldırır. Onun kökü xərçəng xəstəliyinin əmələ gəlməsinin qarşısını alır. Çaytikanı mədə-bağırsaq yaralarının sağalmasına səbəb olur, qastrit, onikibarmaq bağırsağın yara xəstəliyini sağaldır. Anemiya və halsızlıq zamanı çaytikanının istənilən halından istifadə edilir. Onun meyvələrinin və yarpaqlarının dəmləməısi də orqanizmə eyni təsiri göstərir.
Çaytikanı yağının "sehirli" gücə malik olması hamıya məlumdur. Bu yağ zədələnmiş dərinin tez bir zamanda sağalmasına səbəb olur. Bu səbəbdən də trofik, yanıq və kəsiklərin sağalması üçün çaytikanı yağından istifadə edilir. Çaytikanı yağı mədə və onikibarnmaq yarasını da sağaldır. Laringit və faringit xəstəliyinin qısa bir zamanda sağalması üçün çaytikanı yağından istifadə etmək lazımdır. Çaytikanı yağı ilə inhalyasiya etdikdə yuxarı tənəffüs yollarının xəstəlikləri müalicə olunur.
Çaytikanı yağının tərkibində olan E vitamini(tokoferol) daxili sekresiya vəzilərinin fəaliyyətini yaxşılaşdırır, qadın və kişi gücünü artırır.
Çaytikanı yağı saçların uzanmasına, dırnaqların möhkəmlənməsinə və dərinin elastikləşməsinə səbəb olur. O dəridəki çapıqların, yanıqdan qalma izlərin, yanıq yaralarının sağalmasını sürətləndirir. Bir sözlə çaytikanı yağı həm tibbdə, həm də xalq təbabətində yarasağaldıcı kimi məşhurdur. O mədə və bağırsaq yaralarını dərmanlardan daha yaxşı və tez bir zamanda sağaldır.
Çaytikanını hamilə qadınlara və körpə uşaqlara da tətbiq etmək mümkündür. Hamilə qadınlar immun sistemini yaxşılaşdırmaq, uşaqsalmanın qarşısını almaq məqsədilə çaytikanı qəbul etmələrində fayda var. Körpə uşağın yeməyinə bir-neçə damcı çaytikanı yağı damızdırmaq onun sağlam böyüməsinə səbəb olur.
Çaytikanının zərərli xüsusiyyətləri
Çaytikanının tərkibində çoxlu miqdarda bioloji aktiv maddələr var. Bu giləmeyvənin tərkibi karotinlə zəngindir. Bu da həssas orqanizmlərdə allergik reaksiyaların baş verməsinə səbəb ola bilir ki, bu da immun sistemi korlayır. Qaraciyər, öd kisəsi və pankriatit xəstəliyindən əziyyət çəkənlərə çaytikanı qəbul edən zaman həkimləri ilə məsəhətləşmələri lazımdır. Böyrək və sidik daşı xəstələrinə çaytikanı qəbul eləmək qadağandır.
Milli.Az
Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Çaytikanı haqqında bilmədikləriniz
31 Avqust 2021 02:03
0 Şərh
Baxış: 1 904
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
3 BÜRC üçün gözlənilməz qazanc qapını döyə bilər
-
Qapınızı əsla 3 dəfə kilidləməyin! Səbəbini kilid ustaları açıqladı
-
Nə ayran, nə də süd: İçən anındaca yuxuya gedir
-
Dünyanın ən bahalı əşyası - Trilyon dollar dəyərində
-
Uzun müddət güzgüyə baxmaq görün nəyə səbəb OLUR?
-
Kartınızı bankomata taxmazdan əvvəl bunu edin
XƏBƏR LENTİ
-
3 BÜRC üçün gözlənilməz qazanc qapını döyə bilər
-
Yağış Bakıətrafı subasmaya meyilli ərazilərə təsir göstərəcək - XƏBƏRDARLIQ
-
Prezident İlham Əliyevin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır - FOTO
-
BDYPİ dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət ETDİ
-
Raket qəlpələri “Oracle”ın Dubaydakı binasına ziyan vurdu
-
Həftədə ən azı bir dənə şokolad yesəz görün nə baş VERƏCƏK
-
Prezident İlham Əliyev: Çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik
-
XİN bəyanat yaydı
-
Azərbaycanda zəlzələ OLDU
-
Qapınızı əsla 3 dəfə kilidləməyin! Səbəbini kilid ustaları açıqladı
-
Yaponlar işə götürərkən qan qrupunu soruşurlar: Budur səbəbi
-
Nə ayran, nə də süd: İçən anındaca yuxuya gedir
-
Dünyanın ən bahalı əşyası - Trilyon dollar dəyərində
-
Uzun müddət güzgüyə baxmaq görün nəyə səbəb OLUR?
-
Saç tökülməsi nə zaman təhlükəli sayılır?
-
Xərçəng halları niyə atır? - SƏBƏBLƏR
-
Kartınızı bankomata taxmazdan əvvəl bunu edin
-
Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
-
Günün qoroskopu: Gəlirlərinizi artırmaq üçün yeni yollar axtara bilərsiniz
-
Mətbəxdə paxlalıların içinə mütləq bundan qoyun!: Xarab olmasının qarşısını alan ən sadə üsul
-
“Meydanda olan orada qalır”
-
Gürcüstanda azərbaycanlı gənci qisas üçün qətlə yetirdilər - YENİLƏNİB
-
Hər kəs pəncərəsinin önünə darçın qoymağa başladı
-
"İcazə vermərəm ki, haqqımda bunu desinlər"





