Maraqlı

Bu xəstəliyi olanlar hamama getməsinlər

15 Avqust 2021 15:00
0 Şərh     Baxış: 1 175
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hamama getmək kəskin qlaukoma (Göz daxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan xəstəlik) halına səbəb olar. Söhbət bir çox insanların sevə-sevə üz tutduğu özəl hamamlardan (rus, fin və ya türk) gedir.

Milli.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu rusiyalı oftalmoloq Dmitri Dementyev, "Russia-1" telekanalının efirində bildirib.

Onun sözlərinə görə, qlaukoma "demək olar ki, dərhal" görmə qabiliyyətinin itməsinə səbəb olan qorxunc bir şeydir.

"Qlaukoma və ya göz içi parametrlərinin anatomik daralması olan insanların hamama getməməsi daha doğru olar", - deyə mütəxəssis xəbərdar edib.

Eyni zamanda, həkim və teleaparıcı Aleksandr Myasnikov da sərxoş vəziyyətdə hamama getməyin ölümlə nəticələnə biləcəyini demişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.