Maraqlı

“Emmy” mükafatının təqdimetmə mərasimi açıq havada keçiriləcək

12 Avqust 2021 11:04
0 Şərh     Baxış: 910
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsinə görə bu il 73 -cü "Emmy" mükafatlarının təqdimetmə mərasimi qismən açıq havada keçiriləcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, mərasimin təşkilatçıları qonaqların sosial məsafəyə uyğun oturmasının təmini üçün Los-Ancelesdəki "Microsoft" Teatrının arxasında əlavə bir meydandan istifadə etmək qərarına gəliblər.

Bundan əvvəl mərasimin təşkilatçıları "qırmızı xalı"da qonaqların sayını məhdudlaşdırmaq niyyətlərini açıqlamışdılar. Belə ki, mükafatlandırma mərasimində hər bir layihənin komandasını ən çoxu dörd nəfər təmsil edə bilər.

Xatırladaq ki, keçən il "Emmy" mükafatlarının təqdimetmə mərasiminin yayımı izləyicilərin sayına görə televiziya reytinqləri tarixində antirekord qazanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.