Koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsinə görə bu il 73 -cü "Emmy" mükafatlarının təqdimetmə mərasimi qismən açıq havada keçiriləcək.
Milli.Az oxu.az-a istinadən bildirir ki, mərasimin təşkilatçıları qonaqların sosial məsafəyə uyğun oturmasının təmini üçün Los-Ancelesdəki "Microsoft" Teatrının arxasında əlavə bir meydandan istifadə etmək qərarına gəliblər.
Bundan əvvəl mərasimin təşkilatçıları "qırmızı xalı"da qonaqların sayını məhdudlaşdırmaq niyyətlərini açıqlamışdılar. Belə ki, mükafatlandırma mərasimində hər bir layihənin komandasını ən çoxu dörd nəfər təmsil edə bilər.
Xatırladaq ki, keçən il "Emmy" mükafatlarının təqdimetmə mərasiminin yayımı izləyicilərin sayına görə televiziya reytinqləri tarixində antirekord qazanmışdı.
Milli.Az