Maraqlı

Canlı yayımda alovun içindən çıxan adam hamını heyrətə gətirdi - VİDEO

3 Avqust 2021 11:46
0 Şərh     Baxış: 4 152
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Muğla şəhərinin Marmaris və Köyceğiz rayonlarında meşə yanğınları küləyin təsiri ilə daha 8 məhəlləyə yayılıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, qeyd olunan ərazidən reportaj hazırlayan yerli televiziyaların biri canlı yayım zamanı maraqlı hadisənin şahidi olub.

Belə ki, alovların kəskin olduğu ərazini çəkən kameralar oradan bir nəfərin mətin addımlarla gəldiyinin şahidi olub. Yanğından qorxmadığını göstərən vətəndaşa digər iki sivil şəxs yardım edərək ərazidən uzaqlaşdırıb.

Qeyd edək ki, "alovun içindən çıxan adam" adını qazanmış vətəndaşın bu görüntüləri Türkiyədə baş verən yanğınların nə qədər dəhşətli olduğunu ortaya qoyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.