Maraqlı

Ən faydalı yağ hansıdır?

3 Avqust 2021 20:50
0 Şərh     Baxış: 1 144
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yağ bədənimizdə olması və gündəlik qidalanma proqramımızda zəruri olan, düzgün tərkibli çox əhəmiyyətli qida elementidir. Ürək sağlamlığını qoruyur, sümükləri gücləndirir və depressiyadan qoruyur. Orqan ətrafında, əsəblərdə və beynimizdə çatışmayanda ölümlə də nəticələnir.

Ürək sağlamlığı üçün hansı yağlar faydalıdır?

Ürəyi qoruyan, xolesterin səviyyəsini tarazlaşdıran yağlar olduğu kimi infarkt və pis xolesterinin yüksəlməsinə də səbəb olan yağlar vardır. Nə yediyinizin və nə qədər yediyinizin fərqində olmaq mühümdür.

Ürək sağlamlığı üçün doymuş yağlardan uzaq durub, təkli və çoxlu doymamış yağ turşuları ilə qidalanmalısınız.

Təkli doymamış yağ turşuları: zeytun yağı, fındıq və avakado, çoxlu doymamış yağ turşuları isə balıq, balıq yağı, kətan toxumu, qoz, günəbaxan, balqabaq çəyirdəyində yerləşir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.