“Mercedes-Benz” elektromobillərə keçid üçün startap alıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Daimler AG" qrupuna daxil olan Almaniyanın avtomobil istehsalçısı "Mercedes-Benz" bu onilliyin sonuna qədər yalnız elektrikli nəqliyyat vasitələrinə keçidlə bağlı planı çərçivəsində texnologiyasını gücləndirmək üçün Böyük Britaniyanın "Yasa" startapını satın alıb.
Milli.Az ted.az-a istinadən bildirir ki, 2009-cu ildə Oksford Universitetindən çıxan "Yasa" startapı idman avtomobilləri üçün yeni nəsil elektrik mühərrikləri istehsalı ilə məşğuldur. Onun müştəriləri arasında "Ferrari" və digər tanınmış brendlər var.
Tamamilə pul vəsaitləri ilə ödəniləcək müqavilənin şərtləri açıqlanmır. Lakin "Financial Times" qəzetinin yazdığına görə, 2019-cu ildəki son maliyyələşmədə "Yasa" 100 milyon funt sterlinq (təxminən 137 milyon ABŞ dolları) dəyərində qiymətləndirilib.
İki ildir "Mercedes" ilə əməkdaşlıq edən şirkət indi "Mercedes-AMG" xəttindəki bir sıra yeni elektrikli avtomobil modelləri üçün mühərriklər tədarük edəcək.
"Mercedes-AMG"nin rəhbəri Filip Şimerin sözlərinə görə, "Yasa" texnologiyası bu model xəttinə rəqiblərindən bir addım öndə olmağa kömək edəcək.
"Yasa"nın satın alınması "Daimler'"in iyulun 22-də təqdim etdiyi "Mercedes-Benz"in yenilənmiş inkişaf strategiyası çərçivəsində elan edilib.
Konsernin planına görə, 2025-ci ildən etibarən "Mercedes-Benz" avtomobillərinin bütün yeni modelləri yalnız elektrik mühərrikləri ilə işləyəcək və alıcılar köhnə modellərdən istənilən biri üçün belə alternativ seçə biləcəklər.
Bu hədəflərə çatmaq üçün şirkət 2022-2030-cu illərdə elektromobillərin hazırlanmasını sürətləndirmək üçün 40 milyard avrodan çox sərmayə qoymaq niyyətindədir.
"Dönüş nöqtəsi yaxınlaşır və bazarın bu onilliyin sonuna qədər yalnız elektrikli nəqliyyat vasitələrinə keçməsinə hazır olacağıq", - "Daimler"in baş icraçı direktoru və "Mercedes-Benz"in rəhbəri Ola Kallenius deyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çində fabrikdə dəhşətli yanğın: 8 nəfər öldü - (Video)
-
Sentyabrın son həftəsi 3 bürc üçün düşərli olacaq
-
Bakıda avtobus sürücülərindən maraqlı ifa - (Video)
-
“Komedixana” aktyorlarının rəqsi gündəm oldu – (Video)
-
Mourinyo "Real"a nəhəng ekranla məşq keçir - (Foto)
-
Bakıda bəylə gəlin toya motosikletlə getdilər – (Video)
XƏBƏR LENTİ
-
Cəlilabadda itkin düşən şəxsin qətlə yetirildiyi üzə çıxdı - Şübhəli tutuldu
-
AMB faiz qərarını açıqlayacaq
-
Çində fabrikdə dəhşətli yanğın: 8 nəfər öldü - (Video)
-
Sentyabrın son həftəsi 3 bürc üçün düşərli olacaq
-
Bakıda avtobus sürücülərindən maraqlı ifa - (Video)
-
Hərbi xidmətdə həbs olunan şəxsin aqibəti necə olacaq?
-
Yasamalda 70 yaşlı qadın dələduzluq etdi
-
Gömrükdə yeni qayda: Bəzi malların bəyan edilməsi sadələşdirilir - (Video)
-
“Komedixana” aktyorlarının rəqsi gündəm oldu – (Video)
-
Ucarda narkotik yetişdirən şəxs saxlanıldı
-
Mourinyo "Real"a nəhəng ekranla məşq keçir - (Foto)
-
Bu gün Ramiz Mehdiyevin məhkəməsi keçiriləcək
-
Pakistan Əfqanıstana aviazərbə endirdi: Ölənlər var
-
Bakıda bəylə gəlin toya motosikletlə getdilər – (Video)
-
İş adamının nəvəsi qonşusunu güllələdi
-
Türkiyədə zəlzələ oldu
-
Azərbaycanlı aparıcı əri ilə fotosunu paylaşdı
-
Bakıda 10 otaqlı yaşayış evində yanğın oldu - (Video)
-
Paytaxtın 16 küçə və prospektində sıxlıq var
-
Bakının iki rayonunda elektrik enerjisi kəsiləcək
-
Daimi pul çatışmazlığının beyin üçün təhlükəsi sübut edildi
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok





