Maraqlı

Mobil telefon asılılığı uşaqları aqressivləşdirir

27 İyul 2021 20:40
0 Şərh     Baxış: 1 145
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azyaşlıların mobil telefon asılılığı, baxdıqları bəzi video və cizgi filmləri onların davranış və əxlaqına mənfi təsir göstərir.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə uşaq psixoloqu Aidə Nəbiyeva açıqlama verib. Onun sözlərinə görə, uşaqların mobil telefon və televizor asılılığı onların emosional sferasında problem yaradır, özünə qapanmaya səbəb olur, aqressiya əlamətləri müşahidə olunur:

"Xüsusən müasir cizgi filmləri və videolarda müəyyən seksual elementlər var. Bu, uşaqların erkən dövrdən cinsi inkişafının başlamağına və onların həyata daha erkən atılmalarına səbəb olur. Həmçinin onların gələcək fiziki və psixoloji inkişafında çox ciddi problemlərin yaranmasına gətirib çıxarır. Bunun qarşısını almaq üçün uşaqların baxdığı, izlədiyi hər bir şeyə nəzarət etmək lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.