Xiaomi Apple-i geridə qoydu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Canalys analitik şirkəti 2021-ci ilin ikinci rübündə smartfon bazarında olmuş vəziyyət barəsində hesabatını təqdim edib. Həmin hesabatda şirkət bu ilin ikinci rübü üzrə ən çox smartfon istehsal etmiş brendlərin adlarını açıqlayıb. Təqdim edilmiş reytinqə əsasən Xiaomi daha çox smartfon istehsal edərək Apple şirkətinin göstəricilərini geridə qoyub. Reytinqin lideri Samsung olaraq qalır. Belə ki, Samsung smartfon bazarının 19%-nə sahibdir. Son rüb ərzində istehsal olunmuş smartfon sayı məsələsində Samsung 15%-lik yüksəliş sərgiləyib.
İkinci pillədə Xiaomi qərarlaşıb. Onun bu reytinqdəki göstəricisi 17% təşkil edib. Beləliklə Xiaomi bir rüb ərzində smartfon istehsalı həcmini 83% yüksəldə bilib. Üçüncü yeri 14%-lik göstərici ilə Apple şirkəti tutub. Onun ardınca isə OPPO və Vivo şirkətləri gəlirlər. Beləliklə belə qənaətə gəlmək olar ki, yenilənmiş reytinqdə əsas dəyişiklik Xiaomi şirkətinin ikinci pilləyə yüksəlməsidir. Analitiklərin fikirlərinə əsasən Xiaomi smartfonlarına artmış yüksək tələbat bu ilin ikinci rübündə onun Latın Amerikası, Afrika və Qərbi Avropa regionları üçün smartfon istehsalı həcminin artması ilə bağlıdır.
Məlumatda qeyd edilib ki, Latın Amerikası üçün istehsal həcmi 300%, Afrika üçün 150%, Qərbi Avropa üçün isə 50% artıb. Bununla belə Xiaomi iPhone-dan 75% daha aşağı qiymət göstəricilərinə sahib smartfonları təklif edən şirkət kimi təqdim olunur. Canalys şirkətinin analitiklərinin fikirlərinə əsasən əgər şirkət Mi 11 Ultra kimi smartfonların istehsal həcmlərini artıra bilsə, o, Samsung-u da geridə qoymaq şanslarına sahib olacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əməkdar artist görünüşündə dəyişiklik etdi - (Video)
-
Bakıda taksi sürücüsünün qazancı müzakirə yaratdı - (Video)
-
“Çocuklar Duymasın”ın aktrisası tanınmaz halda - (Foto)
-
Yaşlanmamaq üçün oğlunun qanını özünə köçürmüşdü, indi də itinin ömrünü "uzatmaq" istəyir
-
Ən paxıl BÜRCLƏR – Gözlərinə görünməyin
-
Trampın uşaqlıq illərini keçirdiyi malikanə satıldı - (Foto)
XƏBƏR LENTİ
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Əməkdar artist görünüşündə dəyişiklik etdi - (Video)
-
Həmin gündən 4 il ötdü... - (Fotolar)
-
Bakıda taksi sürücüsünün qazancı müzakirə yaratdı - (Video)
-
Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."
-
Soda İbrahimiyə edam cəzası verildi
-
“Çocuklar Duymasın”ın aktrisası tanınmaz halda - (Foto)
-
"Məhkəməyə onun qardaşı yox, Güllünün oğlu kimi gedəcəyəm"
-
Bədii gimnastların zəriflik şousu başa çatdı - (Foto)
-
Yaşlanmamaq üçün oğlunun qanını özünə köçürmüşdü, indi də itinin ömrünü "uzatmaq" istəyir
-
Ən paxıl BÜRCLƏR – Gözlərinə görünməyin
-
Trampın uşaqlıq illərini keçirdiyi malikanə satıldı - (Foto)
-
Şəbnəm Tovuzlu geyim ilə müzakirə yaratdı - (Video)
-
Bakıda dəbdəbəli toy: Demet Akalın, Aygün, Röya səhnə aldı - (Video)
-
Dünyada ən çox maaş alan lider odur
-
Qeri Mayers vəfat etdi - (Foto)
-
Venesiya Film Festivalının qalibləri açıqlandı: "Qızıl Şir"i kim aldı? - (Foto)
-
Kralın dəfnindən 2 gün sonra bacısı öldü - (Foto)
-
Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
-
Macarıstan hökuməti Britaniya Kralına hədiyyə olunan atları geri istəyib
-
Sabah 33 dərəcə isti olacaq
-
Yoxa çıxan gəmidəkilərdən 103 nəfəri xilas olundu - 140 itkin var - Yenilənib
-
"Liverpul" Alissonla bağlı qərar verdi
-
Dubayda milyonerin qarajı heyrətləndirdi: Hər ay lüks maşın alır - (Video)





