“Məqsədimiz prezidenti öldürmək yox, həbs etmək idi...” - VIDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Latın Amerikasının yoxsulluq və qeyri-stabillik girdabına yuvarlanmış ölkəsi Haitidə prezidenti öldürən, birinci xanımı ağır yaralayan muzdlular dəstəsinin 11 üzvü tutulub. 7 nəfəri isə Haiti polisi tərəfindən öldürülüb. 11 muzdlunun paytaxt Port-o-Prensdəki Tayvan nümayəndəliyinin ərazisində yaxalandığı bildirilir. Prezident Jovanel Moizi öldürən dəstənin üzvlərinin əksəriyyəti kolumbiyalıdır, istefada olan hərbçilərdir. Kolumbiyanın müdafiə naziri Dieqo Molano Aponte bildirib ki, İnterpol həmin muzdlularla bağlı onlara rəsmi sorğu verib və Kolumbiya hökuməti araşdırmada Haiti hökumətinə təxirəsalınmaz dəstək verməyə hazırdır.

Haiti polisinin rəhbəri Leon Şarl qruplaşmanın 28 nəfərdən ibarət olduğunu, onlardan 26-nın Kolumbiya vətəndaşları olduqlarını bildirib. Qalan ikisi isə Haiti sakinləridir, amma ABŞ vətəndaşlığı daşıyırlar. Tutulanlardan biri Haiti mənşəli amerikalı Ceyms Solajdır. O, ABŞ-dakı Kanada səfirliyində mühafizəçi işlədiyini bildirir. 2019-cu ildə Florida ştatında xeyriyyə təşkilatı təsis edib, özünü uşaqların müdafiəçisi və "perspektivli gənc siyasətçi" kimi tanıdıb. Digər amerikalı isə Haiti mənşəli Jozef Vensandır.
Amerikalı muzdlular dindirmə zamanı bildiriblər ki, onların qarşısında prezidenti öldürmək vəzifəsi qoyulmamışdı. Və onların məqsədi "istintaq məhkəməsinin çıxardığı order əsasında" Jovanel Moizi həbs etmək olub. Amerikalılar özlərini dəstənin tərcüməçiləri kimi təqdim ediblər. Lakin onların hansı orderdən bəhs etdikləri məlum deyil.

Solaj deyib ki, "bu iş haqda" internetdən məlumat əldə edib. Haitiyə bir ay əvvəl gəlib, qalan muzdlular isə üç ay əvvəldən Haitidə idilər.
Muzdluların avtomobillərinə baxış zamanı Moizin iqamətgahındakı videomüşahidə kamerasının serveri, onun arvadının çek kitabçası və odlu silahlar aşkarlanıb.
Xatırladaq ki, Haiti prezidenti iyulun 7-dən 8-nə keçən gecə iqamətgahına silahlıların hücumu zamanı öldürülüb. Onun arvadı Martin Moiz ağır yaralanıb və kritik vəziyyətdə ABŞ-a aparılıb. Hücumun sifarişçisilərinin Haitinin qüdrətli narkobaronları olduqları ehtimal edilir. virtualaz.org
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
XƏBƏR LENTİ
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur





