Maraqlı

“Windows” printer vasitəsilə dağıdıla bilər

8 İyul 2021 23:15
0 Şərh     Baxış: 670
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Windows" əməliyyat sistemini printer vasitəsilə dağıtmaq mümkündür.

Milli.Az ted.az-a istinadən bildirir ki, ABŞ Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) ekspertləri tərəfindən həmin sistemin hazırkı versiyalarında aşkarlanan "PrintNightmare" adlı təhlükəsizlik boşluğu vasitəsilə sistemə məsafədən daxil olaraq nəzarət etmək mümkündür.

Həmin boşluğun bağlı olduğu "Windows Print Spooler Service" yalnız printerin drayverləri qurularkən istifadə olunsa da, ona məsafədən girişə məhdudiyyət olmaması sistemi dağıtmaq üçün imkanlar açır.

"Microsoft" şirkətinin mühəndislərinə görə, sözügedən boşluq ya növbəli çap servisini söndürməklə, ya da məsafəli girişə şəbəkə əngəli tətbiq etməklə aradan qaldırılır. Hərçənd birinci halda ümumi cihazlar vasitəsilə çap etmək mümkün deyil, ikinci halda isə mümkündür.

Bu problemin konkret olaraq nə vaxt aradan qaldıracağı dəqiqləşdirilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.