Maraqlı

SSRİ-nin ən məşhur cibgiri öldü: 7 həbs, 38 il məhkumluq

1 İyul 2021 20:24
0 Şərh     Baxış: 2 206
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Sankt-Peterburq şəhərində 84 yaşlı "qanuni oğru" Valentin Qudiyevski vəfat edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  "Derten" ləqəbli Qudiyevski 7 dəfə həbs həyatı yaşamışdı.  O, ümumilikdə 38 il həbsə məhkum edilmişdi. Kriminal aləmdə haqqında əfsanələr dolaşan "Derte"nin bütün həbslərinin səbəbi cibgirlik olmuşdu. 

Qudiyevski bir də 70 yaşında cibgirlikdən əl çəkib sakit həyata başlamışdı. O, keçmiş SSRİ və ya Rusiyanın ən məşhur cibgiri hesab edilirdi. "Derten" Avropada da cibgirliklə məşğul olmuşdu. O, tez-tez bu və ya digər Avropa ölkəsinə "qastrol"a gedir, cibgirlik edirdi. Bu illər ərzində o, Avropada iki dəfə ilişmişdi - Çexiya və Almaniyada. Hər dəfə də qısa müddətli həbsdən sonra azad edilmişdi.
Məlumata görə, Qudiyevski koronavirusdan dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.