Hadisə

Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu - FOTO

15 İyul 2025 17:45
Baxış: 638
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

2021-ci ilin iyul ayında atası ilə birgə Abşeron rayonunda qətl törətməkdə ittiham olunan Emin Ramazanov tutulub.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Qobu qəsəbəsində 29 yaşlı Ülfət Höccətovu amansızlıqla qətlə yetirməkdə və evi yandırmaqda şübhəli bilinən şəxs 4 il sonra polis əməkdaşları tərəfindən saxlanılıb. O, istintaqa təhvil verilib.

Emin Ramazanov daha əvvəl mediada bir sıra saytlarda çalışıb və özünü baş redaktor kimi təqdim edib. Daha sonra o, özünü "peyğəmbər" elan edib, onkoloji xəstələri 3 saata müalicə etdiyini, əllərində bioenerji olduğunu deyərək müxtəlif əməllər törədib. E.Ramazanovun xüsusi libas geyinərək hansısa ritual həyata keçirməsi və həmin vaxt "müalicə etdiyi" qadının huşunu itirməsinə dair görüntülər də sosial şəbəkələrdə yayılıb.

Onu da qeyd edək ki, qətl hadisəsi Eminin arvadı olan Şəms Höccətovun birinci həyat yoldaşından qisas alınması planı vaxtı yanlışlıqla törədilib. Belə ki, Emin və atası Şəmsin keçmiş əri Ceyhunun evdə olduğunu düşünərək mənzilə basqın ediblər. Lakin evdə Ceyhun yox, kiçik qardaşı Ülfət olub və onlar gənci qətlə yetirərək evə od vurublar.

Bu hadisəyə görə Eminin atası Cahangir Ramazanova 19 il həbs cəzası verilib.

Geridə qalan 4 il ərzində E.Ramazanovun harada gizlənməsi və digər detallar hazırda araşdırılır.

Fotoda: Cahangir Ramazanov

Fotoda: Ülfət Höccətov

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.