Maraqlı

Yaponiya “Apple” və “Google”un fəaliyyətini yoxlayacaq

17 İyun 2021 23:15
Baxış: 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya hökuməti "Apple" və "Google" şirkətlərinin fəaliyyətini antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı araşdıracaq. Bu barədə ölkə rəhbərliyindəki öz mənbələrinə istinadən "The Nikkei" qəzeti məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Yaponiyanın əməliyyat sistemləri (ƏS) bazarında "Apple" və "Google"un bazar payları 90%-dən çoxdur. Biz mobil telefon, planşet və başqa qurğu istehsalçıları ilə bağlanmış razılaşmalarla bağlı real vəziyyəti araşdıracağıq" - hökumət rəsmisi deyib.

Araşdırma zamanı "Apple" və "Google" şirkətlərinin Yaponiyanın ƏS-i bazarında pozuntuya yol verdikləri aşkar edilsə, bu, Yaponiyada antiinhisar qanunvericiliyinin sərtləşdirilməsinə səbəb ola bilər.

"Spotify" xidməti, elektron və səsli kitab distributorlarının mesajları araşdırmanın başlanmasına səbəb olub. Onlar "Apple" tərəfindən "App Store" və "iTunes Store" mobil tətbiqlərində yalnız şəxsi alış-veriş sistemindən istifadəyə məcbur edilmələrindən, həmçinin digər məhdudiyyətlərdən şikayət ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.