Maraqlı

“Microsoft” televizorları “Xbox” qurğularına çevirəcək

17 İyun 2021 22:20
Baxış: 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft" korporasiyası "Xbox" oyunlarını oynamağa imkan verən ucuz televizor qurğuları yaratmağı planlaşdırır. Bu barədə şirkətin "E3" onlayn sərgisindən əvvəl keçirilən brifinqdə məlumat verilib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, korporasiya nümayəndələrinin sözlərinə görə, "Microsoft" televizor üçün "Xbox" proqramını, eləcə də zəif qurğularda oyun oynamağa imkan verən "xCloud" "bulud" servisini əvvəlcədən quraşdırmaq üçün televizor istehsalçıları ilə işləyir.

Beləliklə, istifadəçilər daha bir "bulud" oyun variantı əldə edəcəklər, "XBox Game Pass" oyunlarına abunəçilik isə "ağıllı" televizor üçün proqram şəklində mövcud olacaq.

Bundan başqa, şirkət televizor və monitorlarla daha sadə istifadə üçün qurğu üzərində iş aparır. Bu, tam konsol yox, ilk növbədə "bulud" oyunları üçün nəzərdə tutulan ucuz televizor qurğuları olacaq. Korporasiya nümayəndələrinin fikrincə, bu, oyun kompüter və ya konsollarına malik olmayan, lakin smartfon ekranından daha böyük displeylərdə oyun oynamaq istəyən istifadəçilər sayəsində "Game Pass" auditoriyasının əhatə dairəsini və satışını genişləndirəcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.