Pandemiya dövründə alkoqoldan istifadə artıb - Dəhşət doğuran statistika
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) alkoqol istifadəsi ilə bağlı OECD də daxil, Avropa Birliyi və G20 ölkələrindən ibarət toplam 52 ölkəni əhatə edən araşdırma aparıb.
Milli.Az Qərb mediasına istinadən xəbər verir ki, araşdırmanın nəticələri dünyada normadan çox alkoqol istifadəsinin gələcək fəsadlarına diqqət çəkib. Qeyd edilir ki, qarşıdakı 30 il içində təxminən 1 milyon 100 min insan normadan artıq alkoqol qəbul etməsi ucbatından ölə bilər. Belə aşırı istifadənin həmin ölkələrdə gözlənilən orta ömür uzunluğunu təxminən 1 ilədək azaldacağı düşünülür. Almaniya və Avstriya kimi ölkələrdə bu rəqəm hətta ilyarıma bərabərdir. Bunları nəzərə alan qurum ölkələrə normadan artıq alkoqol istifadəsinin törədəcəyi fəsadlara qarşı siyasət mexanizmləri formalaşdırmağı tövsiyə edib. Alkoqol ucbatından yaranan xəstəliklərin müalicəsinə xərclənən vəsait toplam səhiyyə xərclərinin 2,4 faizinə yaxındır.
Araşdırmada hansı həddə alkoqol istifadəsinin normadan artıq kimi qəbul edildiyi bildirilib. Qadınların gündə 12 qramdan, kişilərinsə 18 qramdan çox istifadə etdiyi saf alkoqol miqdarı normadan artıq sayılır. Qurumun təsnifinə görə, həmin göstəricilər, müvafiq olaraq, 20 və 40 qrama çatdıqda belə şəxslər "içki düşkünü" kateqoriyasına aid edilir.
Alkoqoldan istifadənin ən az olduğu üç ölkədən biri Türkiyədir
Araşdırma nəticəsində müəyyənləşdirilib ki, OECD ölkələrində ildə ortalama adambaşına 10 litr saf alkoqol içilir. Daha bir diqqətçəkən rəqəm yetişkin yaşlıların 30 faizinin, ən azı, ayda bir dəfə normadan çox alkoqol qəbul etməsidir. Bütövlükdə OECD ölkələrində əhalinin 3,7 faizinin spirtli içki aludəliyi müəyyənləşdirilib. Bəzi ölkələrdə həmin rəqəm 10 faizədək yüksəlir. OECD ölkələri arasında adambaşına düşən saf alkoqol istehlakına görə ilk üç yeri Latviya, Avstriya və Çexiya tutur. Adambaşına düşən alkoqol istifadəsinin ən az olduğu üç ölkə isə İsrail, Türkiyə və İndoneziyadır. Pandemiya və onun gətirdiyi karantin rejimi də içki istehlakına təsirsiz ötüşməyib. Araşdırma çərçivəsində 11 ölkəni əhatə edən sorğuda müəyyən olunub ki, spirtli içki içənlərin 43 faizi karantin rejimində daha çox spirtli içki qəbul etməyə başlayıb. Sorğuya qatılanların 25 faizi həmin müddətdə daha az spirtli içki içdiyini, 32 faizi isə bu baxımdan dəyişikliyin baş vermədiyini bildirib. Araşdırma nəticəsində spirtli içki istehlakı ilə gəlir səviyyəsi arasında da bağlantı gözə çarpıb. Daha yüksək gəlir qrupuna daxil olan insanların alkoqollu içki istifadəsi də nisbətən yüksəkdir.
Kamran Seyidov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Mançester Yunayted”dən “Sabah”la bağlı ironik (Video)
-
"Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi partladı"
-
Çində yük gəmisində yanğın oldu - 20 ölü var - (Video)
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
XƏBƏR LENTİ
-
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var
-
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
-
“Mançester Yunayted”dən “Sabah”la bağlı ironik (Video)
-
"Hamı Xalq artisti oldu, mən isə yerimdə addımlayıram" - Ruhəngiz Allahverdiyeva
-
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
-
Peskovdan Qara dənizlə bağlı sərt açıqlama: “Gəmilər məhv ediləcək”
-
146 zərbə ilə öldürülən Arzunun anası Türkiyədə kürəkəninə ağır cəza tələb etdi
-
“Sabah”ın oyununa hansı kanalda baxaq?
-
Zaqatalalı iş adamının ölkədən çıxışına stop qoyuldu
-
ABŞ mayeləşdirilmiş təbii qazının Yunanıstan vasitəsilə Cənub-Şərqi Avropaya tədarükü TAP-ın rolunu genişləndirə bilər – səfir
-
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib - (Foto)
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Azərbaycanda minimum əməkhaqqı bu qədər arta bilər
-
Sabah çimərliyə getmək istəyənlərin nəzərinə
-
Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında öldülər
-
İmişlidə yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alındı
-
"Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi partladı"
-
Pensiya alanlara şad xəbər





