Maraqlı

86 nəfəri zorlayıb öldürən manyak: daha 2 qurbanı boynuna aldı

4 İyun 2021 10:51
Baxış: 2 707
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Anqara manyakı" kimi tanınan Mixail Popkov əlavə olaraq 9 il 8 ay azadlıqdan məhrumetmə cəzası alıb.

Milli.Az bildirir ki, məhkəmənin qərarı ilə o, bir qədər əvvəl iki ömürlük həbs cəzası almışdı.

M.Popkov 84 nəfəri xüsusi amansızlıqla zorlayaraq qətlə yetirdiyini etiraf etmişdi. İndisə o, daha 2 nəfəri zorlayaraq öldürdüyünü boynuna alıb.

Mixail Popkov Rusiya tarixinin ən qəddar seriya qatili hesab olunur. O, dünyaca məşhur manyak Çikatilodan iki dəfə çox adam öldürüb.

Xatırladaq ki,  Mixail Popkov cinayətlərini Rusiyanın İrkutsk vilayəti, Buryatiya Respublikasında, Çita vilayətində və Primyore diyarında törədib. Popkov zamanında İrkutsk vilayətinin Anqarsk şəhərində milis işləyib. Sonra maşın alış-verişi ilə məşğul olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.