Maraqlı

Mağazadan televizor oğurladı, görün nə etdi - İNANILMAZ HADİSƏ - VİDEO

28 May 2021 13:32
Baxış: 1 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mağazadan televizor oğurlayan şəxs, işçilərin arxasınca düşdüyünü və onlardan qurtula bilməyəcəyini gördükdə, onu küçənin ortasına atıb qaçdı.

Milli.Az lent.az-a istinadən məlumat verir ki, hadisə Adanada baş verib.

Mağazaya girən şəxs özünü şübhəli aparıb. Sonra işçilərin məşğul olduğunu gördükdə, qutudakı televizoru götürərək küçəyə qaçıb. Mağaza işçiləri oğrunun dalınca qaçıb. Şübhəli onu təqib edənlərdən canını qurtara bilməyəcəyini anlayaraq televizoru küçənin ortasında qoyaraq yoluna davam edib.

Hadisə anbaan mağazanın təhlükəsizlik kameralarının yaddaşına yazılıb. Mağaza işçilərinin polisə müraciəti əsasında oğurluq edən şəxsin kimliyi müəyyən olunaraq həbs edilib.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.