Maraqlı

Rusiyada yuxusuzluqla mübarizə üçün eynək hazırlanır

25 May 2021 23:40
Baxış: 1 324
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın "Tekhmash" konserni gələn il sirkad rejimini tənzimləyən xüsusi eynək istehsalına başlamağı planlaşdırır.

Milli.Az ted.az-a istinadən bildirir ki, eynək yuxusuzluqla mübarizəyə və gündəlik bioritmləri bərpa etməyə imkan verəcək.

Eynəklər Samara Elektromexanika zavodunda istehsal olunacaq.

Qeyd edilir ki, "Blue Sky pro" eynəklərinin səhər 6-dan 10-a, axşam 14-dən 18-ə qədər buraxdığı işıq spektri günəş işığına bənzəyir. O, "daxili bioloji saat"dan məsul olan beyin hüceyrələrini aktivləşdirir. Nəticədə bədən gecə rejimindən gündüz rejiminə keçir.

Eynəyi yuxu və oyaqlıq dövrünü tamamilə bərpa etmək üçün göstərilən saatlarda gündə yarım saat taxmaq lazımdır.

Zavodun baş direktoru Vasili Muxin bildirir ki, eynəkdən yayılan işıq eyni zamanda saat qurşağını dəyişdirmə vərdişini asanlaşdırmalı və əhvalı yaxşılaşdırmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.