Maraqlı

Az yatmaq nəyə səbəb olur? - Ağlı itirmə və ...

22 May 2021 18:45
Baxış: 1 168
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə alimləri orta yaşdakı yetkinlər üzərində aparılan araşdırma 6 saat və daha az yatan adamlarda sonrakı yaşlarda ağlını itirmə riskinin daha yüksək olduğunu ortaya qoyublar.

Milli.Az Lent.az-a istinadən bildirir ki, "The Wall Street Journal"ın yazdığına görə, araşdırmalar gecələr 6 saat və daha az yatan 50 yaş aralarında olanların irəli dövrlərində ağlını itirmə ehtimalının eyni yaş qrupunda gecələr 7 saat yatanlara görə 22 faiz yüksək olduğunu göstərib.

Ağlını itirmə kimi zehni sağlıq problemi riski gecələr 6 saat və daha az yatan 60 yaş aralarında olan adamlarda isə eyni yaş qrupunda gecələr 7 saat yatanlara görə 37 faiz yüksək olur.

Alimlərin bir qrupu az yatmağın ağlı itirməyə səbəb olub-olmayacağı barədə bitərəfdir.  

İngiltərə alimləri iştirakçılara hər 4-5 ildə bir anketlər verərək onların yuxu nizamları ilə bağlı məlumatlar toplamış və irəliləyən yaşlarda görünən zehni sağlıq problemləri ilə az yatmaq arasında əlaqə olduğu qənaətindədirlər.

Araşdırma zamanı 1985-ci ildən etibarən təxminən 8 min adam izlənilib. 25 ildən çox icra edilən elmi təcrübə bu sahədəki ən uzun ardıcıl araşdırma qəbul edilir.

Tədqiqat işinin nəticələri "Nature Communications" jurnalında dərc olunub.  

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.