Yeni “Apple M2” prosessorunun seriyalı istehsalına başlanılıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Apple" şirkətinin "ARM" arxitekturası üzərində hazırlanan ikinci nəsil prosessorun seriyalı istehsalına başlanılıb. Bu barədə Yaponiyanın "Nikkei" biznes qəzetinin mənbələrə istinadən məlumatında deyilir.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "M2" yarımkeçiricilər sahəsinin lideri və "Apple" korporasiyasının uzunmüddətli tərəfdaşı qismində çıxış edən "Taiwan Semiconductor Manufacturing Co." (TSMC) şirkətinin zavodlarında istehsal olunur. Yeni çip mərkəzi prosessor, qrafik prosessor və süni intellekt sürətləndiricisini birləşdirən birkristallı sistemdir.
Lakin "M1" prosessorundan fərqli olaraq yeni mikrosxemlər təkmilləşdirilmiş 5 nanometrlik texnologiyanın (N5P) tətbiqi ilə istehsal edilir ki, bu da daha böyük məhsuldarlıq və enerji səmərəliliyini təmin edəcək.
"M2" prosessorunun ilk partiyasının tədarüklərinə iyulda başlamaq nəzərdə tutulur. Nəşrin məlumatına görə, təkmilləşdirilmiş prosessorlarla əvvəlcə ikinci və ya üçüncü rübdə buraxılacaq 14 və 16 düymlük "MacBook Pro" noutbukları təchiz ediləcək. Bundan əlavə, bu il və ya növbəti ildə yeni çiplərlə təchiz edilən daha kompakt "Mac Pro" noutbuklarının buraxılışı gözlənilir.
"Apple Silicon" - şirkətin öz səyi ilə layihələndirilən "ARM" çipinə malik ilk kompüterlər (MacBook Air, MacBook Pro və Mac mini) ötən ilin noyabrında təqdim edilib. Uzun illərdir "Mac" noutbuklarına "x86" arxitekturalı "Intel" həlləri quraşdırılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İtlərin insanları necə “oxuduğu” məlum oldu
-
Diyetoloq zərərli şirniyyatlara alternativi açıqladı
-
Corcina Ronaldo ilə özəl fotosunu paylaşdı
-
Müxbirin ləhcəsi Bergüzar Koreli güldürdü - (Video)
-
İbrahim qızı ilə - (Foto)
-
Gəncədə boğularaq öldürülən qadının Fotosu
-
Məşhur müğənni məktəb illəri fotosunu paylaşdı
-
Keçmiş geridə qalır: 4 bürc həyatında yeni səhifə açacaq
-
Dünyada ən çox istifadə olunan emoji
-
Dünyanın ən yaxşı hücumçuları açıqlandı - Siyahı
-
Belarus bu ölkədəki səfirliyini bağlayır
-
"Mançester Siti" yeni hücumçu tapdı
-
Azərbaycandan keçməklə Ermənistana buğda və propan göndəriləcək
-
Salah “Trabzonspor”u niyə seçdi? Sensasion transferin PƏRDƏARXASI
-
“Ana-oğul” arasındakı 9 yaş fərqi müzakirə yaratdı
-
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Portuqaliya yığmasını məğlub edib
-
Türkiyədə mədən çökdü - Ölən və yaralananlar var
-
Göyçayda avtomobil aşıb, xəsarət alanlar var
-
Bu şəhərdə velosiped sürmək qadağan edildi
-
Azərbaycanın boks millisi Avropa çempionatını 2 medalla başa vurub
-
FIFA Argentina milli komandasını cəzalandırıb
-
MİQ-in müsahibə mərhələsi başlayır
-
15 saniyəlik video, milyonlarla pul: - TikTok necə varlandırır?
-
Azərbaycanlı şoumen aliment pulunun azaldılmasını istəyir





