Maraqlı

Covid-19-a qarşı "qırmızı soğan"

13 May 2021 16:00
Baxış: 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Demək olar ki, hər kəsin mətbəxdə istifadə etdiyi qırmızı soğan koronavirusla mübarizədə ilk yeri tutan tərəvəzlərdən biridir. Təzyiqi tənzimləyir, qan laxtalanmasının qarşısını alır və ürək sağlamlığını qoruyur.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, mütəxəssislərin gözlərinə görə, bu tərəvəzin içərisindəki "quercetin" adlı maddə, virusun çoxalmasının qarşısını alır.

Araşdırmalar zamanı qırmızı soğanın virusun müəyyən bir bölgədə, xüsusilə də ağciyərdə yığılmasının qarşısını aldığı da məlum olub. Sözügedən tərəvəz bədənimizin müqavimətini artırır və yüksək səviyyədə anti-oksidan təsiri bəxş edir. Tərkibindəki "quercetin" səbəbiylə də koronavirusla ciddi şəkildə mübarizə aparır.

Lakin bu tərəvəz qaynadılaraq içilməlidir. Soğanın üst təbəqəsindən bir və ya iki qabığını təmziləyib qalanını 4-ə bölüb suda qaynatmaq lazımdır. 3-4 dəqiqə soyumasını gözlədikdən sonra gün ərzində bu suyu qəbul edə bilərsiniz.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.