Maraqlı

“Apple” düyməsiz “iPhone” icad edib

29 Aprel 2021 20:30
Baxış: 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkəri düymələri görünməz olan "iPhone" ixtira edib. "Apple" mühəndisləri yalnız ehtiyac olduqda görünən, toxunuşa cavab verən xüsusi toxunuşa həssas idarəetmə səthləri təqdim edib. Yeni ixtira "yoxa çıxan düymələr" adlanır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, mühəndislər belə idarəetmə elementinə ehtiyac olduğunu əsas gətirərək, cihazlarda, xüsusən də smartfonlarda fiziki düymələrin faydasız olduğunu söyləyir. "İstehlakçı cihazları dünyasında, xüsusən də məişət elektronikasında daha yaxşı görünüşə və daha yaxşı funksionallığa daimi tələb var", - deyə müəlliflər qeyd edir.

"Apple" nümayəndələri "iPhone" smartfonunu düyməli telefonla müqayisə edib və müqayisənin sonuncu cihazın lehinə olmadığı məlum olub. Bundan əlavə, mütəxəssislər fiziki düymələrin çıxıntılığı ilə cihazın bütövlüyünü pozduğunu qeyd edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.