Maraqlı

“Apple” tədarükçüsünün zavodunda güclü yanğın olub

29 Aprel 2021 23:55
Baxış: 2 036
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin Şanxay şəhəri yaxınlığında "Apple" şirkətinin tədarükçüsü qismində çıxış edən Tayvanın "Casetek Group" elektronika istehsalçısının zavodunda baş verən yanğın səkkiz nəfərin, o cümlədən iki yanğınsöndürənin həyatına son qoyub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Tszinşan rayonu hökumətinin insidentlə bağlı yaydığı bəyanata görə, zavodda yanğın cümə axşamı saat 13:30-da başlayıb və cümə günü səhərədək davam edib. Güclü yanğınla mübarizəyə 900 yanğınsöndürən, 123 yanğınsöndürən maşın və 8 robot cəlb edilib. Rəsmi şəxslər tərəfindən yanğının baş vermə səbəbləri araşdırılır.

"Casetek Group" istehsalçısı "MacBook" istehsal xətti və "iPad" planşetləri üçün korpus istehsalçısı kimi tanınan "Pegatron" şirkətinə məxsusdur. Yanğının təchizat zəncirinə nə dərəcədə təsir göstərdiyi öyrəniləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.