Maraqlı

“Lenovo” ucuz smartfonunu təqdim edib

29 Aprel 2021 22:10
Baxış: 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin "Lenovo" şirkəti böyükhəcmli akkumulyatora malik ucuz " Moto G20" smartfonunu təqdim edib. Qiyməti 150 avro təşkil edir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Moto G20" cihazı 1600x720 piksel təsvir ölçülü 6,5 düymlük displeylə təchiz edilib. Displeyin yeniləmə tezliyi 90 Hs təşkil edir. Smartfon 8 nüvəli "Unisoc T700" prosessoru və 850 MHs takt tezlikli "Arm Mali-G52" video qrafik kartı ilə təchiz edilib. "Android 11" mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən "Moto G20" aparatı 4 QB əməli yaddaş və 64 QB daxili yaddaşla təchiz edilib.

48, 8, 2 və 2 mp-lik təsvir ölçülü 4 modullu kameraya malik "Moto G20" cihazına, həmçinin 13 mp-lik selfi kamera quraşdırılıb. Bundan başqa, cihaz 5000 milliamper/saat tutumunda akkumulyator, "NFC" texnologiyası, "USB-C" portu ilə təchiz edilib və "IP52" standartına uyğun olaraq suya davamlıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.