Qəlbin batini hissləri hansılardır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qəlbin həqiqətlərini tanımağın ən yaxşı vasitəsi - Qurandır. Baxaq görək, Quran qəlbi bizə necə tanıtmışdır?
Quranın qəlbə nisbət verdiyi həqiqətlərdən biri - idrakdır. "Doğrudan da Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər". ("Əraf" 179).
Bu ayə buyurur ki, insanın qəlbi dərk etmək üçündür. Hər kim qəlbi ilə dərk etmirsə, deməli heyvan kimidir. İdrak qüvvəsi yoxdur.
Qurani-Kərimin qəlbə nisbət verdiyi başqa həqiqət - batini hisslərdir. Misal üçün, qorxu hissi kimi. "Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər". ("Ənfal" 2).
İztirab hissi də qəlbin batini hisslərindən biridir. "O gün ürəklər bərk iztirab və qorxu (içində) olar". ("Naziat" 8).
Batini hisslərdən biri də həsrətdir. "Ey iman gətirənlər, kafir olan və səfərə çıxmış (və səfərdə ölmüş) və ya döyüşçü (olub şəhid) olmuş qardaşları barəsində "əgər bizim yanımızda qalsaydılar, ölməzdilər və öldürülməzdilər!" deyən kəslər kimi olmayın. (Qoyun) Allah bunu (bu əqidəni və sözü) onların qəlblərində bir həsrət etsin. Dirildən də öldürən də Allahdır. Allah etdiklərinizi görəndir". ("Ali-İmran" 156).
Qəlbə nisbət verilən həqiqətlərdən biri də qəsavətdir. "Odur ki, qəlbləri Allahı unutmaq nəticəsində bərkimiş kəslərin vay halına! Onlar aşkar azğınlıq içərisindədirlər". ("Zumər" 22).
Qəlbə nisbət verilən həqiqətlərdən biri də aramlıqdır. "Möminlərin imanları üstünə iman artırmaq üçün onların qəlblərinə xatircəmlik və rahatlıq nazil edən Odur". ("Fəth" 4).
Müqəddəs Quranın qəlbə nisbət verdiyi həqiqətlər çoxdur. O cümlədən: təqvadır, təvazökarlıqdır, mütilikdir, tamahkarlıqdır, həsəddir...
Beləliklə deyə bilərik ki, hər kim insan qəlbini yaxşı tanımaq istəyirsə, Qurani-Kərimə müraciət etsin. Çünki məhz Quran insana qəlbin həqiqətlərini tanıdır və onu qəlblə yaxından tanış edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
XƏBƏR LENTİ
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)





