Borc sahibi yanan barmağını alimin sinəsinə basdı…
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir nəfər həcci yerinə yetirmək üçün Məkkəyə gedir. Yolunun üstündə Nəcəf şəhərinə çatır. Yanında olan pulu bir nəfərə əmanət vermək istəyir. Ona görə də qarşısına çıxan ilk dükana girir və söyləyir ki, pulunu əmanət qoymaq istəyir. Dükan sahibi ilə bir qədər söhbət edəndən sonra, başa düşür ki, yaxşı insandır. Ona görə də pulunu onun yanında əmanət qoyur və Məkkəyə gedir.
Qayıdan zaman pulunu ondan istəyir. Ancaq dükan sahibi pulu verməkdən imtina edir və deyir ki, sən mənə heç bir şey verməmisən.
Bu insan şahidi olmadığı üçün çarəsiz qalır. O, hərəmə gedir və İmam Əliyə (ə) müraciət edir. Hərəmdə ağlayır və İmamdan (ə) yardım istəyir. Yuxu aləmində İmam (ə) onun yanına gəlir və buyurur ki, gedib pulunu Hacı Seyyid Əlidən alsın.
Kişi düşünür ki, axı Hacı Seyyid - mərcəyi-təqliddir. O isə pulunu başqa bir adamın yanında əmanət qoymuşdur. Bu pulu alimdən necə istəyə bilər ki?
İkinci gün də gedir və ağlayır. Yenə yuxuda İmamı (ə) görür və İmam (ə) həmin sözləri təkrar edir.
Həmin hadisə üçüncü gün də təkrar olur.
Çarəsiz qalıb, alimin yanına gedir və başına gələnləri ona danışır.
Alim deyir: "Bəli, pulun mənim yanımdadır. Sabah məscidə gəl və pulunu al".
Şəhərdə elan edirlər ki, hamı məscidə gəlsin. Alim gəlir və minbərə çıxaraq deyir: "Hər il mal almaq üçün Bağdada gedirdim. Alış zamanı bir yəhudidən parça almışdım və ona bir qədər pul borclu qalmışdım.
Sonrakı il gedəndə borcumu qaytarmaq istədim, ancaq bildim ki, yəhudi ölmüşdür. Mən də həmin pulu dükanın qapısından içəri atdım və geri qayıtdım.
Gecə yuxuda gördüm ki, məhşər səhnəsidir və mən Sirat körpüsündəyəm. Qarşımda atəşdən bir dağ vardı və həmin yəhudini görürəm. O, deyir ki, "sənin mənə borcun vardır, onu qaytar".
Mən də dedim ki, həmin pulu dükanın qapısından içəri atmışam. O, dedi ki, o pulu gərək varislərimə verəydin, indi həmin pulu mənə qaytar. Mən də dedim ki, axı mənim pulum yoxdur. O, dedi ki, onda günahlarımı boynuna götür. Mən dedim ki, əgər günahlarını boynuma götürsəm, cəhənnəmlik olacağam. O, dedi ki, mən də qoymayacağam ki, sən Siratdan keçəsən.
Dedim ki, "ey yəhudi, məni azad et və mənə əziyyət etmə".
Dedi ki, səni buradan buraxmayacağam. İcazə ver, bədənim bir qədər sənin bədəninə dəysin və soyusun.
Dedim ki, əgər bədənin mənə dəysə, mən yanaram.
Dedi ki, çarən yoxdur. O, barmağını sinəmə vurdu və mən yanğının şiddətindən nərə çəkdim və yuxudan ayıldım.
Qonşular mənim bu səsimdən yuxudan ayıldılar. Sinəm yəhudinin barmağının təsirindən yaralanmışdı".
Bu zaman alim sinəsini insanlara göstərdi.
Alim dedi: "Ey insanlar! Bu mövzudan yeddi il keçmişdir. Ancaq sinəm indiyə qədər yaradır!".
Söz bu yerə çatan zaman dükan sahibi gedir və pul kisəsini gətirir. O, pulu alimə verir və alim də həmin pulu qaytarır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Lamin Yamal "Qızıl top"dan danışdı
-
"Bu, qulaqlıqdır, sırğa deyil, boş-boş danışanlar..." - Zamiq - (Video)
-
Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı - (Video)
-
Millətlər Liqası: İspaniya və İsveçrə darmadağınla qalib gəldi
-
Bu yolda quyunun üzərinin açıq qalması təhlükə yaradır - (Video)
-
İki bürcün həyatında yeni mərhələ başlayır
XƏBƏR LENTİ
-
Yaponiyada 6 bal gücündə zəlzələ oldu
-
Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
-
Lamin Yamal "Qızıl top"dan danışdı
-
Bərdədə 26 yaşlı gənc öldürüldü - Saxlanılan var
-
Xəzər dənizi ildən-ilə geri çəkilir - Səbəb
-
"Bu, qulaqlıqdır, sırğa deyil, boş-boş danışanlar..." - Zamiq - (Video)
-
“Azeri Light” 118 dollara düşdü
-
Azərbaycanda yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir - Faktiki hava
-
Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı - (Video)
-
Şəmkirdə iki avtomobil toqquşdu: 3 nəfər yaralandı
-
Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
-
Prezident İlham Əliyev: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
-
Fatih Terimin nəvəsi koronavirusa yoluxdu
-
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanlayıb
-
Qazın qiyməti bahalaşdı
-
“Mançester Siti”nin keçmiş futbolçusu 33 yaşında öldü - (Foto)
-
Dünya bazarında neft bahalaşdı
-
Nəsimi rayonunda qaz olmayacaq
-
Xocalı, Xocavənd şəhərlərinə və Şükürbəyli kəndinə 42 ailə yola salınıb
-
Azərbaycanda zəlzələ oldu
-
Millətlər Liqası: İspaniya və İsveçrə darmadağınla qalib gəldi
-
Adi çay zənn etdi, 22 yaşlı gənc içdikdən sonra iki dəfə ürəyi dayandı
-
Bu yolda quyunun üzərinin açıq qalması təhlükə yaradır - (Video)
-
İki bürcün həyatında yeni mərhələ başlayır





