Maraqlı

“Polaroid” dünyada ani çap edən ən kiçik kamera təqdim edib

24 Aprel 2021 19:20
Baxış: 681
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Polaroid" şirkəti dünyada ani çap edən ən yığcam analoq kamera təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, 104x84x61 mm ölçüsündə qurğu kvadrat formatlı şəkillər çəkən "Polaroid"in klassik kamerasının cib versiyası kimi nəzərdə tutulub. "Polaroid Go" kamerası 67x54 mm ölçüsündə şəkillər çap edən kiçikölçülü katriclərlə işləyir. Bu, dünyada ən kiçik ani çap kamerası sayıla bilər.

Selfi çəkilişi üçün kameranın ön panelində işıq diodu işıqlandırıcısı, daxili taymer və miniatür güzgü quraşdırılıb. Çaxmağın işə salınması üçün taymer nəzərdə tutulub. 750 milliamper/saat həcmlə təmin edir, hansı ki, 15 şəkil çəkiliş və çap üçün tutacaq (çatacaq).

Qurğu 34 mm-lik fokus məsafəsinə malik obyektivlə təchiz edilib. Kameranın çəkisi təxminən 240 qr-dır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.