Maraqlı

Yeni “Google Pixel 5a” smartfonu köhnəlmiş prosessorla təchiz ediləcək

24 Aprel 2021 20:15
Baxış: 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ucuz "Google Pixel" smartfonlar seriyasının gözlənilən yenilənməsi köhnəlmiş aparat platforması üzərində qurulacaq. Bu barədə "9to5Google" portalı məlumat yayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Pixel 5a 5G" smartfonunun məhsuldarlığına eyhamın vurulması "Android 12 Developer Preview 3" kodunda aşkarlanıb. Smartfona "Qualcomm Snapdragon 765G" prosessoru quraşdırılacaq.

Məlumata görə, 2019-cu ildə təqdim edilən bu çip "Pixel 5" və "Pixel 4a 5G" smartfonlarına quraşdırılıb. Bu seçim onunla izah edilir ki, "Google" şirkəti bütün elektronika istehsalçılarının qarşılaşdığı qlobal mikrosxem çatışmazlığı şəraitində yeni qurğunun qiymətini saxlamağa çalışır.

Qiyməti açıqlanmayan "Google Pixel 5a" smartfonunun təqdimatı 2021-ci ilin payızına planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.