Maraqlı

Qazlı su içmək xeyirlidirmi?

28 Aprel 2010 20:36
Baxış: 1 569
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məsələ bundadır ki, indi uşaqlar 40 il əvvəlkindən daha çox şəkər yeyir, süddən çox qazlı su içir. Elmi tədqiqatlar göstərir ki, yeniyetmələrin hər gün təxminən 1300 milliqram kalsiuma ehtiyacı var. Halbuki onlar yalnız 800 milliqram kalsium qəbul edirlər. Kalsium çatışmazlığı sümüklərin yumşalmasına, osteoxandroza gətirib çıxarır. Bu maddə 18 yaşınadək insanın inkişafı üçün çox əhəmiyyətlidir.

Sübut edilib ki, çoxlu qazlı su içən yeniyetmələrin sümüyü tez sınır, onlar osteoparozdan əziyyət çəkirlər. Gündə 3 banka qazlı su yeniyetmələrin sağlamlığı üçün çox böyük təhlükə yarada bilər. 12-29 yaşlarında kişilər və yeniyetmələrin qazlı su içməsi dişlərin çürüməsi, osteoporoz, piylənmə, böyrəklərdə daş, şəkərli diabet kimi xəstəliklərin yaranmasına səbəb olur.

Qazlı suyun tərkibində çoxlu kofein, turşular, əlavələr və boya maddələri, habelə fruktoza olur. Kofein kalsiumun orqanizmdən çıxarılmasına kömək edir. Fosfor və kömür turşusu dişlərin minasını zədələyir.

İnsanlar qazlı suyun zərərini anlamalı, istehsalçılar isə məsuliyyəti öz üzərilərinə götürməlidirlər. Doğrudur, qazlı sudan tam imtina etmək də lazım deyildir. Sadəcə, adi gigiyena qaydalarına əməl etmək, qazlı su içdikdən, qida qəbul etdikdən sonra ağız boşluğunu yaxalamaq lazımdır.

/AzərTAc/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.