Maraqlı

Səudiyyə Ərəbistanının səhrası qar örtüyünə bürünüb

19 Aprel 2021 21:05
Baxış: 1 500
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səudiyyə Ərəbistanında anomal iqlim şərtlərinin fəsadları özünü göstərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, krallığın bəzi bölgələrində intensiv leysan və dolu yağışlarından sonra ölkənin şimal-qərbində yerləşən Asir bölgəsinin Həil şəhərində qar yağıb.

Səudiyyə Ərəbistanının sosial media səhifələrində Həil şəhərinin ətrafındakı Hərrat Bəni Rəşid səhrasının və təpələrin bəyaz qar örtüyünə bürünməsi görüntüləri yayılıb. Krallığın Əbha, Xəmis Müşayit, Tanuma və əl-Namas bölgələrində də qar yağıb.

Dolu və qar yağışından sonra havanın temperaturunun kəskin artması da müşahidə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.