Allah kimdir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Siz hər gün ata-ananızın, nənə-babanızın, müəllimlərinizin dilindən "Allah" kəlməsini eşidirsiniz. Onlar hələ baş verməmiş hadisədən danışanda "Allah qoysa, inşaallah" - deyirlər. Sizi tərifləyəndə "maşallah, Allah saxlasın" - söyləyirlər. Kimə isə təşəkkür etmək istəyəndə "Allah razı olsun, Allah köməyin olsun" sözlərini işlədirlər. Ümidlərini "Allah kərimdir", xəbərsizliklərini "Allah bilir", razılıqlarını "Allaha şükür" sözləri ilə ifadə edirlər.
Bəs, Allah kimdir?
Ətrafa nəzər salın. Nə görürsünüz? Sinif otağı, yazı lövhəsi, kitab-dəftəriniz, sinif yoldaşlarınız və s. Pəncərədən həyətə baxın. Səmada Günəş parlayır, buludlar hərəkət edir, ağacların yarpaqları titrəyir. Torpağın üzərini yaşıl otlar örtüb. Ağacların budağında quşlar yuva salıb.
Bütün bunları yaradan və bəsləyən Allahdır. Dünyadakı hər şeyi Allah yaradıb. O, Günəşi, Ayı, Yeri, bütün planetləri və ulduzları xəlq edb, heyvanları və bitkiləri yaradıb. İlk insanı yaradan da Allahdır.
Milli.Az islam.az-a istinadən bildirir ki, soruşa bilərsiniz: Axı, oturduğumuz məktəb binasını bənnalar ucaldıb. Əynimizdəki paltarları dərzilər tikib. Oxuduğumuz şeirləri şairlər yazıb, eşitdiyimiz musiqiləri bəstəkarlar bəstələtyib. Həyətdəki ağacları bağban əkib. Mindiyimiz maşınları da zavodlarda fəhlələr düzəldib. Bəs, nəyə görə deyirik ki, hər şeyi Allah yaradıb?
Amma məsələ bundadır ki, dediklərinizin heç biri özbaşına yaranmayıb. Əgər binanı bənna tikibsə, bəs, daşı kim yaradıb? Ağacı bağban əkibsə, ağacın toxumları kim tərəfindən yaradılıb? Maşınlar zavodda yığılırsa, dəmir necə yaranıb?
Demək, hər şeyin ilkin yaradıcısı Allahdır.
Allah materialları yaradıb, sonra insanlar bu materiallardan müxtəlif əşyalar hazırlayıblar. Bu əşyaların hazırlanma qaydasını onlara öyrədən də Allahdır. Əgər Allah maşını necə yaratmaq fikrini insanın ağlına gətirməsəydi, maşın necə yaranardı? Əgər Allah insana ağıl və yaddaş verməsəydi, kitablar necə yazılardı? Əgər Allah insana istedad verməsəydi, mahnılar necə bəstələnərdi?
Allah həm də yaratdıqlarını bəsləyir, inkişaf etdirir. Dünyada hər şey dəqiq nizam-intizam əsasında baş verir. Milyon illərdir ki, planetlər dəqiq orbit boyunca Günəş ətrafında hərəkət edir. Heç bir planet o biri ilə toqquşmur. Allah onların hərəkətini nizamlamasaydı, belə olardımı?
Yer üzündə on minlərlə heyvan və quş növü yaşayır. Onlar bir-biri ilə qidalanırlar. Milçəyi qurbağa, qurbağanı ilan, ilanı isə qartal yeyir. Bununla belə, onların heç birinin kökü kəsilmir. Allah hər canlının ruzisini bol-bol yetirir.
Bəs, Allah bütün bunlara necə nail olur? Bir qüvvə bu boyda kainatı necə yaradıb idarə edir?
Allah insanların təsəvvür edə bilməyəcəyi dərəcədə elmli, qüdrətli və mərhəmətlidir. Nə keçmişdə baş vermiş, nə indi baş verməkdə olan, nə də gələcəkdə baş verəcək heç bir hadisə Ondan gizli deyil. Allah istədiyi hər işi həyata keçirməyə qadirdir. Heç nə Ona mane ola bilməz. Allah bütün yaratdıqlarına qarşı sonsuz dərəcədə mərhəmətlidir. Buna görə də onları bəsləyir və ruzilərini yetirir.
Bilin ki, Allahın necəliyini insan tam təsəvvür edə bilməz. Allah cism deyil, Onun eni, uzunu və hündürlüyü yoxdur. Allahın cinsi yoxdur; yəni O, nə kişidir, nə də qadın. Allahın əli, gözü, dili, qulağı yoxdur. Amma O, hər şeyi gözsüz görür; öz yaratdıqları ilə dilsiz danışır; hər şeyi əlsiz yaradır və idarə edir; bütün duaları qulaqsız eşidir. Allahın yeri və məkanı yoxdur. O, cisim olmadığı üçün heç bir məkana yerləşə bilməz. Bununla belə, Allah hər yeri əhatə edir. Kainatda iynə ucu boyda da olsa, elə yer yoxdur ki, Allahın elm və qüdrətindən kənarda qalsın.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”
-
Məleykə Əsədovanın qızı bu ölkədə təhsil alacaq
XƏBƏR LENTİ
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq
-
6 dəqiqə ölü qaldı, sonra Tanrıya inandı
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Canəli Əkbərovla Səməd Səmədovu efirə buraxmırdılar” - Əli Mirəliyev
-
Holand yayda "Real" əvəzinə "Barselona"ya keçə bilər
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Dünyanın ən quraq səhrasında nadir hadisə - Hər yer çiçəklədi
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı





