Maraqlı

“Nokia” və “Lenovo” arasında patent mübahisəsi həll olunub

10 Aprel 2021 19:55
Baxış: 531
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Finlandiyanın "Nokia" telekommunikasiya avadanlığı istehsalçısı dünyanın nəhəng fərdi kompüter istehsalçısı olan Çinin "Lenovo Group" şirkəti ilə patent mübahisəsinə son qoyub. Tərəflər bütün yurisdiksiyalarda məhkəmə araşdırmalarının başa çatmasını bəyan ediblər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, sazişin qarşılıqlı lisenziyalaşdırma şərtləri və onun maliyyə tərəfi məxfi saxlanılsa da, "Nokia" nümayəndələrinin sözlərinə görə, məsələ onların xeyrinə həll olunub.

"Nokia" şirkəti "Lenovo" istehsalçısı ilə məhkəmə çəkişmələrinə 2019-cu ildə başlayaraq onu video sıxılma texnologiyası üçün 20 patent hüququnun pozulmasında təqsirləndirib. İddialar ABŞ, Braziliya, Hindistan və Almaniyada qaldırılıb.

Ötən ilin sentyabrında Münhen Məhkəməsi "Nokia" şirkətinin xeyrinə qərar çıxararaq Çin istehsalçısı tərəfindən patentlərdən birinin pozulmasını müəyyənləşdirib. Məhkəmə patentin pozulduğu məhsulu pərakəndə satışdan çıxarmaqla bağlı qərar verib. Lakin artıq noyabrda qərar apelyasiya məhkəməsi tərəfindən ləğv edilib.

Sazişi qiymətləndirən "Lenovo" şirkətinin əqli mülkiyyət üzrə direktoru Con Malqryu qeyd edib ki, əldə olunan qlobal razılıq şirkətlərə bütün dünyada müştərilərin xeyrinə əməkdaşlığa imkan verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.