Maraqlı

Koronavirus tapmacadır, biz nə ilə üz-üzə qaldığımızı hələ bilmirik - ALİMLƏR

7 Aprel 2021 19:50
Baxış: 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusla mübarizə aparan həkimlər 1 il keçməsinə baxmayaraq, hələ də bu virusun sirrini aça bilməyiblər.

Xəstəni sağaldırlar, amma o əvvəlki kimi sağlam deyil. Təhlükəli virus orqanizmdə elə bir orqan, damar, sistem qalmır ki, onu zədələməsin.

Kardioloqların xəstəsi artıb, yarıdan çoxu kovid keçirib.

Revmatoloqların xəstələri çoxalıb, xəstələrin çoxu Kovid keçirib.

Mütəxəssislər koronavirus tapmacasının sirrini açmağa çalışır. Nəyə görə virus insandan əl çəkmir?

Milli.Az xəbər verir ki, Associated press agentliyi 2020-ci ildə virusa yoluxub, sağalan insanların 2021-ci ildə belə hələ də xəstəliyin simptom və əlamətlərini hiss edən pasiyentlərin açıqlamasını dərc edib.

Amerika və Avropada yüzlərlə xəstə var ki, 6 aydır virusun fəsadlarının qurbanına çevrilib.

Həkimlər isə əlamətlərlə mübarizə aparır, orqanizmdə nə baş verdiyini tam anlaya bilmirlər.

"Biz tapmaca ilə üzləşmişik, Kovid həkimləri labirintə salıb" - Milli Səhiyyə İnstitutunun rəhbəri Frensis Kollinz etiraf edib.

Tapmacanın sirri çoxdur.

Koviddən sonrakı dövr ayrıca bir xəstəlikdirmi, yoxsa sadəcə uzunmüddətli təsiridir. Nəyə görə digər infeksiyalar, viruslar belə sindromlar yaratmırdı?
Yoxsa bu kütləni cənginə alan xroniki yorğunluq, stress, apatiya, təşvişdir?
İnsanları koronavirus, yoxsa koronavirus bu hala gətirib?

ABŞ senatından koronavirusun xəstəlik markeri və müalicə metodlarının öyrənilməsi üçün 1 milyard dollar alan Milli İnstitut 20 min koronavirus keçirmiş insanı əhatə edən elmi araşdırma üzərində işləyir.

"Biz bu vaxta qədər, tibb tarixi boyu bu qədər geniş masştabda xəstəlikdən sonra postinfeksion vəziyyətlə qarşılaşmamışdıq. İndi vaxt önəmlidir, tezliklə bunun çarəsi tapılmalıdır".

Qeyd edək ki, virusdan sağaldıqdan sonra pasiyentlərdə uzun müddət yuxusuzluq, beyində duman, yorğunluq, ürəkdə problem, təngnəfəslik, əzələ ağrıları, yuxusuzluq, depressiya, müxtəlif ağrılar, müxtəlif iltihabi proseslər müşahidə olunur.

Bir çox həkimlər hesab edir ki, virus və ya hissəcikləri uzun müddət orqanizmdə toxumalarda, damarlarda, xüsusən bağırsaqlarda qalır, qanda dövr edir. Bu isə xəstələrin özlərini tam sağlam hiss etməsinə, tam sağalmasına mane olur. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.