Elektroşoka verilən uşaqlar, xüsusi məhlulların içərisində kəsilmiş başlar - ŞOK TƏCRÜBƏLƏR - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tarix şərəfli qələbələr və unudulmaz uğurlarla doludur. Lakin bu, tarixin yalnız məlum və görkəmli simasıdır. Keçmişdə bəşəriyyət üçün dəhşətli və utandırıcı şeylər də edilib. Bu utancverici hadisələrin ən böyük nümunəsi tarix boyu edilən dəhşətli təcrübələrdir. Bu səbəbdən tarixin və elmin məktəblərdə izah olunmayan qaranlıq tərəfini göstərmək istədik.
Milli.Az musavat.com-a istinadla tarixdəki dəhşətli təcrübələr haqqında faktları təqdim edir.
1. Ölümcül və dəhşətli təcrübələr həyata keçirən həkim Josef Mengele
Bəlkə də bütün zamanların ən qorxunc təcrübələri alman ordusunun həkimi Josef Mengele tərəfindən aparılıb.
Josef kiminin işgəncə otaqlarına, kiminin qapalı otaqlara, kiminin isə təcrübə üçün masalara uzandırılmasına qərar verirdi. Əkizlərə olan marağına görə isə onlara yaxşı davranırdı. Bir çox günahsız insanın üzərində qorxunc əməliyyatlar aparan Josef Menqele əsirlərə cəhənnəm əzabı yaşadırdı. Narkozsuz əməliyyatlar, buzlu soyuq otaqlara qoyulan və gözlərinə mürəkkəb tökülən əsirlər... Bunların hamısı Josefin bir iş təcrübəsi idi və insanların da bir çoxu bu proses əsnasında ölürdü. Josef bitişik əkizləri ayırma və ya ayrı əkizləri birləşdirmə kimi qorxunc əməliyyatlar edirdi.
"Canavar Tədqiqatı"
1939-cu ildə, Ayova Universitetinin defektoloqları kəkələmə üzərində dəhşətli təcrübələr aparıblar. Təəssüf ki, bu təcrübəni üçün atası və anası olmayan yetim uşaqlar qurban edilirdi.
Tədqiqatçılar bu uşaqlarla görüşərək, kəkələmə əlamətləri göstərdiklərini və düzgün danışacaqlarından əmin olana qədər danışmamaları lazım olduğunu söyləyirdilər. Təcrübənin sonunda əvvəllər normal olan uşaqlar özünə qapandı və danışma qabiliyyətlərini itirdilər.
Bu tədqiqat tarixdə "Canavar Tədqiqatı" adı ilə də bilinir. Təcrübədən zərər görən və sağ qalan üç uşaq sonradan universiteti məhkəməyə veriblər.
Hare və Burke cinayətləri
1830-cu illərə qədər cənazə üzərində qanuni şəkildə diseksiya aparmağın yeganə yolu edam edilmiş qatillərdən istifadə etmək idi. O dövrdə edam edilən qatillər çox olmadığından, bir çox anatomist məzar soyğunçularından cəsəd almağa və ya soyğunu özləri etməyə başladılar.
Uilyam Hare və dostu Uilyam Burke bu durumu qiymətləndirdilər. Bu iki nəfər 1828-ci ildə 10 ayda 16 nəfəri öldürdü. Daha sonra cəsədləri təcrübələri həyata keçirən həkim Robert Knoksa təxminən 10 funt sterlinqə satdılar.
Sonradan Hare və Burke cinayətlərinə görə tutulub, edam edildilər.
Bioloji sınaqlar - 731 saylı xüsusi dəstə
1930-1940-cı illərdə Yaponiya İmperator Ordusu əsasən Çində mülki şəxslər üzərində bioloji müharibə və tibbi testlər apardı. Belə ki, 1932-ci ildə Çinin işğal edilmiş Pinfan qəsəbəsində Yaponiya ordusunun 731 saylı xüsusi dəstəsi yaradılıb. Dəstənin əsas məqsədi kütləvi qırğın silahları yaratmaq olub. Xüsusi dəstəyə birbaşa general rütbəsi alan Siro İsii başçılıq edib. 731 saylı xüsusi dəstədə 3600 nəfər xidmət edib. Onlardan 52 nəfəri cərrah, 49-u mühəndis, 38-i tibb bacısı, 1117-i hərbi həkim, digərləri isə xidməti personalın üzvləri olub. Bu dəstədə xidmət etmək prestijli iş sayılıb, Yaponiyanın tanınmış həkimləri və bioloqları bu qurumda çalışmağa can atıblar. Dəstədə insan ölümünə səbəb ola biləcək bütün zəhərli maddələr sınaqdan keçirilib, onların qida, su və hava yolu ilə insana təsiri öyrənilib. Bu məqsədlə Sironun komandası 10 min nəfərdən artıq insanı ən ağır işgəncələrlə təcrübə qurbanına çeviriblər.
731 saylı xüsusi dəstədə muzey də fəaliyyət göstərib. Bu muzeydə xüsusi məhlulların içərisində kəsilmiş başlar və insan orqanları saxlanılıb.
Bu amansız sınaqlarda neçə nəfərin öldüyü məlum deyil. Lakin 1995-ci ildə "New York Times" qəzetinin hesabatında 200.000 insanın öldüyü qeyd olunur.
Siflis təcrübəsi
1932-ci ildə, Xəstəliklərə nəzarət və qarşısını alma mərkəzlərinə görə, ABŞ Xalq Sağlamlığı Xidməti, müalicə olunmayan sifilis xəstəliyinin sağlamlığa təsiri ilə bağlı bir işə başlayıb. Təəssüf ki, durumdan xəbərsiz olan iştirakçılara sifilis müalicəsi tətbiq edilməyib. Lakin iştirakçılar buradakı müalicə ilə sağalacaqlarına inanırdılar. Bu təcrübələr insanların ölümü ilə nəticələndi. Tədqiqata qatılan 400 xəstə öldü. Sözügedən mərkəzin isə hansı tədqiqatı aparması isə heç kimə məlum olmadı.
Uşaqlar üçün elektroşok müalicəsi
1960-cı illərdə Doktor Lauretta Bender, sosial problemləri olan uşaqlar üçün inqilabi bir müalicə olduğunu düşündüyü elektroşok terapiyasına başlayıb. Bender ən kiçiyi üç yaşında olan 100-dən çox uşağa elektroşok terapiyası tətbiq edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
-
Bakıda tıxacda qalan taksi sürücüsü görün nə etdi - (Video)
-
3 gün, 3 gecə davam edən toy: Özbək gəlin 4 milyonluq qızıllarla yoxa çıxdı - (Video)
-
Ağdamda minatəmizləyən azərbaycanlı xanım gürcü turistin diqqətini çəkdi - (Video)
XƏBƏR LENTİ
-
Azıx mağarasından silah anbarı kimi istifadə edilib
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək
-
Tramp yatmaqdan imtina edir
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
Paşinyan Makronla görüşüb
-
Bu ölkədə hər il 20 minə yaxın insan intihar edir
-
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
-
Ölmüş heyvanlarla bağlı yeni qayda
-
Bakıda tıxacda qalan taksi sürücüsü görün nə etdi - (Video)
-
Şükürbəyli kəndində daha 25 ailəyə evlərinin açarları təqdim olunub - (Yenilənib)
-
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını Roş ha-Şana münasibətilə təbrik edib
-
Qolları olmayan körpənin taleyi necə oldu? - Rəsmi açıqlama
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Azərbaycanla UN-Habitat arasında imzalanan Töhfə Sazişi təsdiq edilib
-
İlham Mirzəyev evə buraxıldı
-
3 gün, 3 gecə davam edən toy: Özbək gəlin 4 milyonluq qızıllarla yoxa çıxdı - (Video)
-
Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib
-
Ağdamda minatəmizləyən azərbaycanlı xanım gürcü turistin diqqətini çəkdi - (Video)
-
Kəmalə Qaramollayevanın Sahib İbrahimovla rəqsi gündəm oldu - (Video)
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
“Horadiz” və “Göytəpə”də böyük əməliyyat - 84 kq narkotik ələ keçirildi
-
Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA
-
Əli Əsədov qərar imzaladı





