Maraqlı

“Acer” və “ASUS” noutbukları bahalaşacaq

4 Aprel 2021 21:15
Baxış: 385

"Acer" və "ASUS" şirkətləri növbəti rübdə portativ kompüterlərin qiymətini qaldıracaq. Gözlənilən bahalaşma bir neçə amillə izah olunur.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, onlardan biri elektron komponent hissələrinin çatışmazlığıdır. Prosessor və digər yarımkeçirici komponentlərin çatışmazlığı smartfon və kompüterlərdən tutmuş, televizor və avtomobillərədək bazarın müxtəlif sektorlarına şamil edilib.

Bahalaşmaya daha bir səbəb pandemiyaya görə noutbuklara yüksək tələbatla əlaqədardır. Şirkət əməkdaşlarının, tələbələrin, məktəblilərin distansiyalı işə və tədrisə kütləvi şəkildə keçməsi əlavə kompüter texnikasına tələbatı kəskin artırıb.

Məlumata görə, "Acer" və "ASUS" noutbukları yaxın aylar ərzində 10 faiz bahalaşa bilər. Dünya noutbuklar bazarının digər oyunçularının da bu şirkətlərdən nümunə götürəcəyi gözlənilir.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.