“Xiaomi” smartfonları bahalaşacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir sıra "Xiaomi" smartfonlarının qiyməti bahalaşa bilər. Bunu "Xiaomi" prezidenti Van Syan sərmayədarlar qarşısında şirkətin dördüncü rübünün hesabatına həsr edilən məruzəsi zamanı bəyan edib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, şirkət rəhbərinin sözlərinə görə, Çin korporasiyası xərcləri azaltmağa və qiymətləri cəlbedici səviyyədə saxlamağa çalışır: "Biz aparat qurğuları üçün xərcləri optimallaşdırmağa davam edəcəyik. Bu dəqiqdir", - şirkət prezidenti vurğulayıb. Lakin o əlavə edib ki, smartfonlar bazarında komponent hissələrin çatışmazlığı səbəbindən şirkətin bir sıra məhsulları bahalaşacaq. Şirkət rəhbəri hansı qiymət seqmentinə aid smartfonların qiymətinin bahalaşacağını konkretləşdirməyib.
"Reuters" analitiklərinin sözlərinə görə, smartfonlar bazarında böhran çoxlu amillərlə əlaqədardır. Məsələn, koronavirus pandemiyası, Çinin əsas texnoloji şirkətlərinə qarşı sanksiyalar və pis tələbat gözləntisi yarımkeçiricilərin təchizat zəncirinə mənfi təsir göstərir. Komponent hissələrin çatışmazlığı əvvəlcə avtomobil sənayesinə aid olsa da, sonradan prosessorlar əsasında qurulan bütün avadanlıq seqmentinə şamil edilib.
Rübün yekunları üzrə "Xiaomi" şirkətinin mədaxili ötən ilin analoji dövrü ilə müqayisədə 24,8 faiz artaraq 70,5 milyard yuan (təxminən 10,8 milyard dollar) təşkil edib. Şirkətin korrektə edilmiş xalis gəliri 36,7 faiz artaraq 3,2 milyard yuana bərabər olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
DTX terror təşkilatlarının kriptovalyuta üzərindən maliyyələşdirilməsini aşkarlayıb
-
Conidən evli olmasına xəbərinə reaksiya
-
Bakıda 13 yaşlı qız hamilə qaldı, 18 yaşlı oğlan həbs edildi
-
ABŞ qırıcısı qəzaya uğradı
-
Asya Alizadeyə növbəti qadağa
-
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
-
DTX terrorçuluqla bağlı əməliyyat keçirdi: 11 nəfər həbs edildi - (Video)
-
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər
-
Bakıda yol xəttini qara boya ilə dəyişdilər - 3 nəfər saxlanıldı - (Video)
-
Ledi Qaqanın ilk övladının adı və cinsi bəlli oldu
-
Rusiyada seçkilər başladı
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Formula 1 vaxtı bir çox əsas yollar müəyyən saatlarda açıq olacaq
-
Aras Bulut İynemli və daha 15 məşhur saxlanıldı - (Foto)
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Neftçi 1000-ci oyununa çıxır
-
Süni intellekt öz gələcəyini özü hazırlayır: Təhlükəli mərhələ başlayır
-
“Alya”nın ağlama səhnəsi müzakirə yaratdı – (Video)
-
Zaqatalada 52 yaşlı kişinin meyiti tapıldı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Xətai və Sabunçuda qaz kəsiləcək
-
Bakının bir sıra ərazilərində işıq olmayacaq
-
"Aşk-ı Memnu"nun məşhur aktrisası vəfat etdi - (Foto)
-
Avropa Liqası: “Beşiktaş” Fransa nəhəngini darmadağın etdi





