Maraqlı

Yeni təhlükəli virus on minlərlə "Windows" sistemli kompüterə "hücum" edib

31 Mart 2021 19:45
Baxış: 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Windows" əməliyyat sisteminin idarəetməsi ilə işləyən əksər kompüterlər "Purple Fox" adlı təhlükəli virusun yeni versiyasının qurbanı olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əvvəllər zərərli proqram təminatı eksployt dəsti və fişinq məktubları vasitəsilə yayılsa da, indi qurdabənzər modulla təchiz edilib. Nəticədə bir qurğunun yoluxması "Purple Fox" virusuna şəbəkə daxilindəki "Windows" əsasında işləyən digər sistemləri skan edərək onlara hücum etməyə imkan verir.

Mütəxəssislərin məlumatına görə, 2020-ci ilin mayından virusun yeni versiyasının hücumlarının sayı 600 faiz artaraq 10 minə çatıb. Bundan əvvəl "GuardiCore" əməkdaşları tərəfindən istifadəçilərə qarşı 90 mindən çox "hücum"un həyata keçirilməsi qeydə alınıb. Həmçinin tədqiqatçıların fikrincə, hakerlər təhlükəli proqram təminatını 2 minə yaxın müdaxilə edilmiş serverə tətbiq edə biliblər.

"Purple Fox" virusu elə şəkildə yaradılıb ki, qurbanda şübhə yaratmır. Məsələn, kompüter yoluxdurulduqdan sonra proqram təminatı rutkiti - virusun hərəkətlərini maskalayan proqram vasitələri dəstini işə salır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.