Android-də vacib sistem yenilənməsi kimi maskalanan zərərli proqram təminatı aşkar edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mobil cihazların təhlükəsizliklərinin təmin olunması sahəsində fəaliyyət göstərən Zimperium adlı şirkətin mütəxəssisləri Android üçün nəzərdə tutulmuş yeni növ zərərli proqram təminatını aşkar ediblər. Aşkar edilmiş zərərli proqram təminatı vacib sistem yenilənməsi kimi maskalanır. Bu barədə Techcrunch saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən bu zərərli proqram təminatı System Update adlı tətbiqin daxilinə inteqrasiya edilib. Sözügedən tətbiq isə rəsmi tətbiqlər mağazasından quraşdırılmır.
Lakin tətbiq cihaza quraşdırılandan sonra o, Firebase serveri ilə əlaqə yaradır. Qeyd etmək lazımdır ki, bu server cihazın uzaqdan idarəsi üçün nəzərdə tutulub. Tətbiq serverlə əlaqə yaradandan sonra o, gizli şəkildə smartfondakı məlumatları hackerlərin serverlərinə ötürməyə başlayır. Bu zərərli tətbiq mesajları, cihazdakı kontaktları, cihaz barəsindəki məlumatları, brauzer qovluqlarını, brauzerdəki axtarış tarixçəsini oğurlaya, cihazın mikrofonu vasitəsilə səsləri və telefon danışıqlarını yaza və o cümlədən cihazın kamerası vasitəsilə fotolar çəkə bilər.
Bundan əlavə olaraq sözügedən zərərli tətbiq cihazın yerləşdiyi yeri təyin edə, sənəd fayllarını axtara və istifadəçi tərəfindən kopyalanmış məlumatları oğurlaya bilər. Mütəxəssislər bildiriblər ki, bu tətbiq istifadə olunan şəbəkə məlumatlarının həcmlərini kiçildərək və hackerlərin serverlərinə fotoların kiçik ölçüdə olan versiyalarını göndərərək istifadəçi cihazında rahatlıqla gizlənə bilir. Bu səbəbdən də istifadəçilərə kənar resurslarda təklif olunan tətbiqləri yükləməmək məsləhət görülür.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Təyyar Bayramovun ailəsində xoş gün
-
Poqba Toral ilə eyni klubda oynaya bilər
-
43 yaşlı türk aktrisanın 20 yaşlı gənclə klubda videosu müzakirə yaratdı
-
Mustafa Sandaldan 11 milyardlıq qalmaqalla bağlı açıqlama - (Foto)
-
Estetik əməliyyat sonra paylaşımı gündəm oldu: “Zənginsinizsə, çirkin deyilsiniz!”
-
İstanbul su altında qaldı - (Video)
XƏBƏR LENTİ
-
Təyyar Bayramovun ailəsində xoş gün
-
Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı yaralanıb
-
Bakıda oğlunu öldürən qadın özünü binadan atdı
-
Cengiz Coşkuner reanimasiyaya yerləşdirildi
-
Poqba Toral ilə eyni klubda oynaya bilər
-
Ağarza Dadaşov yüksək vəzifəyə təyin edildi
-
Əvəz Zeynallı vəfat etdi - (Foto)
-
43 yaşlı türk aktrisanın 20 yaşlı gənclə klubda videosu müzakirə yaratdı
-
Ukrayna ordusu 250-dən çox rusiyalı hərbçini əsir götürdü
-
Azərbaycanda hava kəskin dəyişir - Proqnoz verildi
-
Bakıda bəzi küçələrdə hərəkət qadağan edilir - Oktyabrın 5-dən
-
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN
-
Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət
-
“Qəbələ”nin məşqçilər korpusunda iki yenilik
-
Piter Magyarın toxunulmazlığı ləğv edildi
-
Mustafa Sandaldan 11 milyardlıq qalmaqalla bağlı açıqlama - (Foto)
-
Azad edilmiş ərazilərdə 1673 mina və sursat zərərsizləşdirildi
-
Qış gəlməmiş bunu edin - Qaz pulunuz çox gəlməsin
-
ABŞ gəmisi vuruldu - 8 hərbçi yaralandı
-
Bu il neçə köhnə cinayətin üstü açılıb? - Baş prokuror açıqladı
-
Zelenski hücumda ölən azərbaycanlı Abbasla bağlı başsağlığı verdi
-
Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - (Video)
-
Tramp süni intellektlə bağlı bəyanat verəcək
-
Əsgərlər hansı hallarda xidməti başa vurmadan evə qayıda bilər?





