Maraqlı

“Redmi Max 86” televizoru böyük populyarlıq qazanıb

23 Mart 2021 22:20
Baxış: 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Redmi" şirkəti martın 4-də 1240 dollara təklif olunan "Redmi Max 86" adlı 86 düym diaqonallı dünyanın ən ucuz televizorunun satışlarına başlayıb. İki həftə ərzində televizorun satış həcmi 12 min ədədi üstələyib, gəlir isə 15 milyon dollar təşkil edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, istehsalçı nümayəndələrinin sözlərinə görə, bir neçə günə ötən il Çində bu diaqonalda satılan televizorların sayı qədər "Redmi Max 86" modeli satılıb.

Məlumata görə, "Redmi Max 86" televizorunun ekranı ön panelin 97,25 faizini tutur. "4К" formatlı "IPS" matrisası "DCI-P3" rəng sahəsinin 92 faizini əhatə edir. Bundan başqa, "MEMC" və "HDR10 " texnologiyaları dəstəyi mövcuddur, görüntünün yeniləmə tezliyi isə 129 giqahers təşkil edir.

Bundan əlavə, televizor 2 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaş, "Dolby Vision" və "Dolby Atmos" texnologiyalarının dəstəyi ilə təchiz olunub. "Redmi Max 86" modeli "MIUI for TV 3.0" əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.