Maraqlı

"Birinci şəhid”, “ikinci şəhid”, “üçüncü şəhid”: onlar kimdir?

21 Mart 2021 19:20
Baxış: 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəfəri alimlərindən bir neçəsi "şəhid" ləqəbi ilə tanınır və sıralanır. Şəmsəddin Mühəmməd ibn Məkkini (vəf. 1384) "şəhidi-əvvəl" (birinci şəhid), Zeynəddin ibn Nurəddin Cəbəi Amilini (vəf. 1559) "şəhidi-sani" (ikinci şəhid), Qazı Nurullah Şüştərini (vəf. 1610-11) "şəhidi-salis" (üçüncü şəhid) adlandırırlar. Bunlar məzhəbi zəmində düşmənçilik və həsəd üzündən şəhid edilmişlər. Şəhidi-əvvəl bu gün də mədrəsələrdə fiqh dərsliyi kimi tədris edilən "əl-Lümət əl-Diməşqiyyə" kitabının, Şəhidi-sani isə həmin kitaba yazılmş ən məşhur şərhin müəllifidir.

Mənbələrdə bəzən Mühəmməd Təqi Bərəğani (vəf. 1847) adlı alim "şəhidi-salis" (üçüncü şəhid) kimi xatırlanır. Şüştərini üçüncü şəhid sayanlar Bərəğanini "şəhidi-rabe" (dördüncü şəhid) kimi təqdim edirlər. Bərəğani namaz qılarkən babilər tərəfindən qətlə yetirilmişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.