Maraqlı

Demetin Dubay istirahəti izləyiciləri qıcıqlandırdı - FOTO

14 Mart 2021 12:05
Baxış: 1 707
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyəli müğənni Demet Akalın ailəsi ilə birlikdə Dubaya istirahətə gedib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi tətilindən görüntüləri sosial şəbəkədə paylaşıb. Hovuz kənarında günəş vannası qəbul edən D.Akalının 3 milyon TL (təxminən 675 min manat) dəyərindəki tək qaş üzüyü diqqət çəkib.

Sənətçi izləyicilərdən birinin fotosuna yazdığı "Hər zaman kasıblıqdan gileylənirsən, amma Dubaya istirahətə də gedirsən" şərhinə belə cavab verib:

"Otel və təyyarə bileti pulsuzdur. Tavanı axan evdən Dubaya qədər uzanan hekayəm ürəyimin təmizliyindən irəli gəlir".

Qeyd edək ki, Demet Akalının qaldığı oteldə bir günlük gecələmək 40 min TL-dir (təxminən 9 min manat)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.