Maraqlı

“Twitter” foto və videoların yüklənməsi üçün yeni funksiya hazırlayır

15 Mart 2021 23:10
Baxış: 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Twitter" mikrobloqlar xidmətinin nümayəndəsi yaxın həftələr ərzində böyük təsvir ölçüsünə malik media fayllarını paylaşmağa imkan verəcək yeni funksiyanın sınaqdan keçiriləcəyi barədə məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Bəzən foto və ya videonun köməyi ilə öz fikrini ifadə etmək daha rahatdır. Biz növbəti bir neçə həftə ərzində "Twitter"də media fayllarını dərc etmək və onlara baxışı yaxşılaşdırmaq üçün bəzi üsulları sınaqdan keçirəcəyik. Siz daha yüksək təsvir ölçüsünə malik şəkillər kolleksiyasını paylaşmaq istəyirsiniz? Biz "Android" və "iOS" mobil əməliyyat sistemlərində yüksək təsvir ölçülü şəkillərin yüklənməsi və onlara baxılması üçün üsulları sınaqdan keçiririk" - şirkət sosial şəbəkədə məlumat verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.