Maraqlı

“Google Play”də 8 təhlükəli mobil proqram aşkar edilib

15 Mart 2021 22:10
Baxış: 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google Play"də istifadəçilərin bank məlumatlarını oğurlaya və ya ikimərhələli eyniləşdirməni keçə bilən ən azı 8 təhlükəli mobil proqram aşkar edilib. "Forbes" jurnalının mütəxəssisi Zak Dofman bu mobil proqramları dərhal telefondan silməyə və bank hesablarını yoxlamağa çağırıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssislər bildiriblər ki, "Play Store" mobil proqramlar mağazasının mütəxəssisləri hakerlər tərəfindən müdaxilənin qarşısını bütün mümkün üsullarla almağa çalışırlar, lakin hakerlərin həmişə bir addım irəlidə olması kimi təsəvvür yaranır.

İstifadəçinin "ağıllı" telefonuna istənilən zərərli proqram təminatını yükləyə bilən "Clast82" adlı troyan yeni təhlükə mənbəyidir.

Nüfuzlu "Forbes" nəşri "Google Play Store" mobil proqramlar mağazasında "Clast82" troyan virusu ilə olan zərərli proqramların siyahısını dərc edib:

Cake VPN (com.lazycoder.cakevpns)
Pacific VPN (com.protectvpn.freeapp)
eVPN (com.abcd.evpnfree)
BeatPlayer (com.crrl.beatplayers)
QR/Barcode Scanner MAX (com.bezrukd.qrcodebarcode)
Music Player (com.revosleap.samplemusicplayers)
tooltipnatorlibrary (com.mistergrizzlys.docscanpro)
QRecorder (com.record.callvoicerecorder)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.