Maraqlı

Kriptovalyutalarla bağlı əsas şikayətlər açıqlandı

9 Mart 2021 22:20
Baxış: 877
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qiymət dəyişikliyi ilə diqqət çəkən kriptovalyutalarla bağlı şikayətlərdə xeyli artım var. Fevralda şikayətlərin sayı əvvəlki ayla müqayisədə 8 min 616% artıb. Bəzi istifadəçilər alqı-satqı zamanı baş verən pozuntulardan, digərləri isə hesablarındakı pulların görünmədiyindən şikayətlənbilər.

Milli.Az ted.az-a istinadən bildirir ki, "Şikayetvar" adlı saytın məlumatlarına görə, 2018-ci ildə kriptovalyuta mübadiləsi ilə bağlı 2 min 40, 2019-cu ildə 734, 2020-ci ildə 7 min 425 şikayət qeydə alınıb. 2019-2020-ci illərin məlumatlarına görə, kriptovalyuta mübadiləsi ilə bağlı şikayət nisbəti  912% olub.

2020-ci ilin aprelində kriptovalyutalarla bağlı xüsusilə çox şikayət qeydə alınıb.

Əsas şikayətlər isə bunlardan ibarətdir: "Kriptovalyutanın dəyəri artdıqda satış, düşdükdə isə alış azalır. Hesabın şirkət tərəfindən sıfırlanması, köçürmə əməliyyatlarının ləng getməsi, şirkətlərin buna mane olması, hesaba pul köçürülməsindəki problemlər və sair də şikayətlərin yaranmasına səbəb olur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.