Maraqlı

“Windows 10” əməliyyat sisteminin ən populyar versiyası məlum olub

4 Mart 2021 20:10
Baxış: 639
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Windows 10" əməliyyat sisteminin mayda təqdim edilmiş versiyası ən populyar olub. Bu barədə "AdDuplex" platformasının fevral hesabatında deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, şirkət "Microsoft Store" mağazasından təxminən 80 min kompüterə quraşdırılmış 5 min proqramın məlumatlarını özündə birləşdirir. Kompüterlərdən toplanılmış informasiyaya əsasən, "Windows 10 May 2020 Update" və ya "Windows 10" (2004) yenilənməsi "Microsoft" korporasiyasının mövcud əməliyyat sisteminin ən populyar versiyası hesab edilir.

Analitiklər "Windows 10" sistemi üçün köhnə yeniləmələrin bazar payının tədricən azalmasını qeydə alırlar. Məsələn, mütəxəssislərin araşdırmasına görə, "Microsoft"un məhsullarından istifadə edənlərin yalnız 5,8%-i 2019-cu ilin mayında təqdim edilmiş "Windows 10" (1903) yeniləməsindən istifadə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.